Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gecə ikinci Qədr gecəsidir
Bu gecə Azərbaycanda ikinci Qədr (əhya) gecəsi (iyunun 15-dən 16-na keçən gecə) qeyd olunacaq.

İkinci Qədr gecəsi Ramazan ayının 20-dən 21-ci gününə keçən gecəyə təsadüf edir.

“Qədr gecəsi Quranın nazil olduğu 3 gecədən biridir”.

Bu sözləri  ilahiyyatçı Hacı Fuad Pənahlı bildirib. Onun sözlərinə görə, bu gecə dindarların səhərədək oyaq qalıb ibadət etməsi, dualar eləməsi Quranı qarşılamaq kimi hesab olunur:

“Qədr gecəsinin çox dərin fəlsəfəsi var. Bu gecə insanın illik bəlalarının ondan uzaqlaşmasını təmin edən bir gecədir. Bir sözlə, başdan-ayağa fəzilətlərlə zəngin bir gecədir. Yaxşı olar ki, insanlar bu gecənin niyyəti ilə qüsul alıb, səhərə qədər oyaq qalsınlar. Qədr gecəsinin özünəməxsus duaları, zikirləri ilə məşğul olsunlar”.

Qeyd edək ki, Azərbaycanda üçüncü Qədr gecəsi iyunun 17-dən 18-nə (Ramazan ayının 22-dən 23-cü gününə), sonuncu Qədr gecəsi isə iyunun 21-dən 22-nə keçən gecəyə (Ramazan ayının 26-dan 27-ci gününə) təsadüf edir. Ramazan bayramı isə iyunun 26-sı və 27-də qeyd olunacaq.

Paylaş »
››› İcra başçısının bacısı oğlundan kənd camaatına qəribə qadağa...
››› Bu il məktəblərdə gül buketi “gül pulu” ilə əvəz olundu: Əlində gül yox, cibində pul gətir
››› Zaxarova Gorus-Qafan yolunda Azərbaycanın İranın yük maşınlarını saxlamasına münasibət bildirib
››› İran Xankəndini Ermənistan ərazisi hesab edir - Foto
››› Vampir hekayələri gerçəkləşir -  Hər gün qan içməsə, dayana bilmir
››› Dama-dama göl olan 15 qəpiklər – Deputatın çıxışı xalqı qəzəbləndirdi
››› “İran Azərbaycanla münasibətlərdə nə istədiyini, nə gözlədiyini aydın ifadə etməlidir”
Son xəbərlər
Bütün xəbərlər »