Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağdan qaçan erməni məmurlar işdən qovulur
MN: Ermənistan kəndlərimizi raket və artilleriya atəşinə tutur

İşğal olunmuş torpaqlarda ermənilərin fərariliyi başqa mərhələyə keçib. Məmurlar iş yerindən qaçır.

Bizimyol.info xəbər verir ki, qondarma Dağlıq Qarabağ respublikasının rəhbəri Araik Aratunyanın “Facebook” səhifəsində bu haqda yazılıb. Yazıda məmurların addımı “rüsvayçı davranış” adlandırılıb. Aratunyanın adından yazılan ifadələrdə həmin şəxslərin işdən qovulacağı, hətta cəza görəcəyi bildirilib.

Sonra yazılıb: “Eyni zamanda məsuliyyətsiz addımının mahiyyətini anlayaraq vətən qarşısında borcunu yerinə yetirmək istəyənlərə daha bir şans verməyə hazır olduğumu bəyan edirəm”.

Noyabrın 3-də Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan ordusundakı növbəti fərarilik faktı barədə məlumat yayıb. Alay komandiri fərarilik edib, bundan başqa, D-20 artilleriya divizionunun hərbi qulluqçuları itkin düşüb.

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› İtkin düşmüş erməni əsgərlərin yaxınları Putindən imdad diləyir
››› AKP sözçüsü: "Türkiyə ordusu Qarabağda sülhün qorunması missiyasında önəmli rol oynayacaq"
Son xəbərlər
Bütün xəbərlər »