Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan İsraildən üzr istədi
Nikol Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyanın İsrailin ünvanına səsləndirdiyi tənqidlər cəmi bir neçə saat qüvvədə qalıb. Düşmən dövlətin başçısı axşama doğru fikrindən daşınıb.

Bizimyol.info xəbər verir ki, Paşinyan İsraildən üzr istəyib. O, Avstriyanın paytaxtı Vyanadakı terror aktından sonra “The Jerusalem Post”a dediyi fikirlərə görə peşman olduğunu söyləyib.

Paşinyan İsraili məhz terrora dəstək verməkdə ittiham etmişdi. Terror aktı sinaqoqda baş verib. Yəni İsrail terrorun hədəfinə çevrilib. Bu halda Paşinyan fikirlərinin məntiqsizliyini anlayıb. İsrail illərdir terrorla mübarizə aparır. Paşinyan dərhal vəziyyətdən çıxmağa çalışıb. O, fikrini düzgün ifadə etmədiyini söyləyib.

Paşinyan noyabrın 3-də “The Jerusalem Post”a müsahibəsində İsraili ciddi tənqid etmişdi. Ermənistanın baş nazirini yəhudi dövlətinin Qarabağ münaqişəsində Azərbaycanı dəstəkləməsi özündən çıxarıb.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Özündən böyük yoldaşları da ona “dayı” deyərdilər – Qəhrəman kəşfiyyatçımızı tanıyaq
Son xəbərlər
Bütün xəbərlər »