Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lavrov Qarabağ danışıqları formatının dəyişdirilməsi ilə bağlı təkliflərdən danışıb
Sergey Lavrov

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar formatının dəyişdirilməsinə dair təkliflər Moskvada keçirilən görüşdə müzakirə olunub.

APA-nın verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov "Kommersant" qəzetinə müsahibəsində bildirib.

“Moskva Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycan-Türkiyə, Ermənistan-Rusiya, 2+2 formatı yaradılması təklifinə necə baxır?” sualına Rusiya XİN başçısı belə cavab verib: "Danışıqlar formatı ilə bağlı çoxlu təkliflər var, o cümlədən formatın genişləndirilməsi, dəyişdirilməsi və s. ilə bağlı. Bu mövzu, xüsusi ilə bir müddət əvvəl Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündə müzakirə olunub. Biz bütün tərəfdaşlarla işləməyin tərəfdarıyıq, o cümlədən tərəflərin qonşuları ilə işləməyin tərəfdarıyıq”.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Paşinyan etimad referendumu keçirmək istəyir
Son xəbərlər
Bütün xəbərlər »