Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Azərbaycanla əməkdaşlığa görə İsraildən inciyib
Nikol Paşinyan

İsrailin Azərbaycanın etibarlı müttəfiqi olması Ermənistanın baş naziri Nikol Paşinyanı qıcıqlandırır. O, “The Jerusalem Post”a müsahibəsində bu dövlətin heç bir humanitar yardımına ehtiyac duymadıqlarını bildirib. Paşinyan deyib ki, qoy həmin yardım muzdlu döyüşçülərə və terrorçulara çatdırılsın.

Bizimyol.info xəbər verir ki, Ermənistan İsraildən səfirini geri çağırandan sonra yəhdu dövlətinin başçısı Reuven Rivlin erməni həmkarına zəng vuraraq humanitar yardım təklif etmişdi. Paşinyan deyib ki, onlara zərbə vurmaq üçün düşməni silahla təchiz edən dövlətdən kömək qəbul oluna bilməz.

Ermənistanın baş naziri müsahibədə təxribatçı ifadələr də işlədib. O deyib ki, İsrail indi Qarabağ münaqişəsində özünü Türkiyə ilə bir tərəfdə hiss edir, amma gələcəkdə Ankaranın gerçək ambisiyalarını görəcək.

Paşinyan İsraili Qarabağ döyüşlərinin fəal iştirakçısı adlandırıb. O, bu dövlətin silahlarının Ermənistan ordusuna böyük zərbələr endidiyini bildirib.

Paylaş »
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
Son xəbərlər
Bütün xəbərlər »