Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Reuters"-dən maraqlı reportaj: "Qarabağın sürgündəki azərbaycanlıları..."
Şuşa şəhəri

Dünyanın bir sıra məşhur media orqanı bu günlərdə Qarabağ problemindən, oradakı döyüşlərdən reportaj hazırlayıb. İngiltərənin "Reuters" agentliyi ardıcıl bir neçə yazı dərc edib. Yazılardan birində məcburi köçkünlərlə söhbətləşiblər, onların bir neçəsinin həyat hekayəsini dinləyiblər.

Bizimyol.info “Reuters”in “Vətən həsrəti çəkən Qarabağın sürgündəki azərbaycanlıları qayıtmağa can atır” adlı materialı sizə təqdim edir:

“Həsən Əhmədovun son bir arzusu var - 25 ildən çoxdur işğal altında olan, doğulduğu yerə qayıtmaq.

Bakıda yaşayan 80 yaşlı Həsən Əhmədov deyir ki, Azərbaycan ordusu Dağlıq Qarabağdakı döyüşlər zamanı Cəbrayılı işğaldan qurtaranda bu arzusuna bir addım da yaxınlaşıb.

“Bizim doğma kəndimiz işğaldan azad edildi. Biz həmin ərazilərin minalardan təmizlənməsini, evlərimizin yenidən qurulmasını gözləyirik ki, geri qayıdaq. Orada bizim ata-babalarımızın məzarları var”,- 1991-1994-cü illərdə Dağlıq Qarabağ müharibəsində evindən didərgin düşmüş, paytaxtın köhnə məhəllərindən birində məskunlaşan ağsaqqal belə deyir.

“Gözləyirik ki, ərazi minadan təmizlənsin, evlərimiz bərpa olunsun, qayıda bilək. Atalarımızın və babalarımızın məzarları oradadır”.

Azərbaycan və Ermənistan Cənubi Qafqazın son onillərdəki ən qanlı döyüşlərinə qapanıblar. Dağlıq Qarabağ dağlıq anklavının və buranı əhatə edən Azərbaycanın yeddi rayonunun taleyi həll olunur.

Dağlıq Qarabağ beynəlxalq səviyyədə Azərbaycanın bir hissəsi kimi tanınır, amma burada etnik ermənilər məskunlaşıb və əraziyə nəzarət edirlər. Döyüşlər 27 sentyabrda yenidən alovlanandan bəri yüzlərlə, bəlkə də minlərlə adam həlak olub. Üç atəşkəs qısa zamanda pozulub.

Bakı sakinləri 1990-cı illərdə itirlmiş ərazilərin bir hissəsinin geri qaytarılması ilə nəticələnən hərbi uğurlardan danışırlar. Şəhər ətrafındakı reklam lövhələrində və mağaza vitrinlərində birmənalı mesaj var: ‘”Qarabağ Azərbaycandır. Qarabağ bizimdir”.

“Bizim uşaqlara görə ağrı hiss edirəm, - oğlu son döyüşdə dostunu itirən mühasib Olqa İsmayılova deyir, - amma bizə məxsus olanı geri qaytarmalıyıq”.

Ermənistan da Azərbaycan kimi, Dağlıq Qarabağı tarixi vətəninin bir hissəsi sayır və oradakı əhalinin müdafiəyə ehtiyacı olduğunu bildirir. Azərbaycan anklavı ermənilərin nəzarətində saxlayacaq istənilən qərarı rədd edir.

Azərbaycanın Müdafiə Nazirliyi iyulda 55 min könüllünün qeydə alındığını bildirir, amma yeni məlumatları gizli saxlayır.

Ermənistan döyüşlərin ilk günündə 10 min nəfərin könüllü silah götürdüyünü, Argentina və ABŞ kimi uzaq yerlərdən yüzlərlə erməninin döyüş hazırlığına başlamaq üçün Ermənistana qayıtdığını bildirir.

42 yaşlı inşaat işçisi Ramin Əliyev başqa qaçqınlarla birlikdə Bakıda yarımçıq qalmış xəstəxanadan boylanan kiçik, köhnə evdə yaşayır. Onun sözlərinə görə, yaşına baxmayaraq, Naxçıvanda artilleriya bölməsində qazandığı hərbi təcrübəsini ortaya qoymaq üçün dəfələrlə müraciət göndərib.

“Mən vətənim uğrunda ölməyə hazıram”, - o dedi. “Qoy, uşaqlarım mənimlə fəxr etsinlər”.

Döyüşmək imkanı olmayanlar başqa dəstək vasitələri tapıblar. Əczaçılıq bölməsinin rəhbəri Elnur Əliyev maliyyə toplamaq və cəbhə bölgəsinə lazmı şeyləri göndərmək üçün işdə uzunmüddətli fasilə götürüb.

O, yerli çörək zavodunun verdiyi müvəqqəti çeşidləmə sexində onlarla başqa könüllü ilə birlikdə yeşiklərə çəkmələr, yağış plaşları, papaqlar yığır. Onlar mərmi hücumlarına məruz qalmış ailələr üçün göndərilən ayaqqabı və paltarları da qablaşdırırlar.

Əliyevin sözlərinə görə, Bakıdakı bir neçə yardım dəstəsindən biri olan qrupu ölkədəki və xaricdəki ianəçilərdən təxminən 235 min dollar toplayıb.

Yerli radiostansiyalar efir vaxtının çox hissəsini vətənpərvərlik mahnılarına həsr edir, Azərbaycanın mavi, qırmızı və yaşıl zolaqlı bayrağı əksər hallarda müttəfiqi Türkiyənin bayrağı ilə yan-yana eyvanlardan asılır.

Amma ən vətənpərvər qaçqınlıqda belə, Bakı ev deyil.

“Kəndimizin azad edildiyini eşidəndən bəri Bakı mənim üçün yadlaşıb”, - ailəsi evini tərk edəndə uşaq olan 33 yaşlı Nemət Səmədov dedi. “Könüllü yazılmışam və orduya çağırılmağımı gözləyirəm”.

Paylaş »
››› Ermənistan prezidenti Moskvada “xain!” adlandırıldı
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› 2016-cı ildə Serj Sarkisyan deyib: "7 rayonu təhvil verməsək, Stepanakerti (Xankəndi) itirəcəyik"
››› “Bayatı-Şiraz”ı dinləyən Hikmət Hacıyev göz yaşlarına hakim ola bilmədi - Video
Son xəbərlər
Bütün xəbərlər »