Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin köməkçisi: “Hərbi əməliyyatların tərkib hissələrindən biri də informasiya müharibəsidir”
Hikmət Hacıyev

“Hərbi əməliyyatların tərkib hissələrindən biri də informasiya müharibəsidir”.

Bunu bu gün keçirilən brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H.Hacıyevin sözlərinə görə, sentyabrın 29-dan indiyə qədər Prezident İlham Əliyev dünyanın aparıcı media qurumlarına çoxsaylı müsahibələr verib: “Ermənistanın siyasi-hərbi rəhbərliyi Prezident İlham Əliyevin bu fəaliyyətini imitasiya etmək istəyir, ancaq bu əks effekt verir, özlərinin işğalçılıq siyasətlərini ifşa edirlər. Azərbaycan dövlət başçısına bu kimi müsahibələrdə provokativ suallar da görürük, ancaq Prezident səbir və təmkinlə cavablar verir. Təəssüf ki, beynəlxalq media qurumları ədalətli, obyektiv materiallar hazırlayanda təzyiqlərlə üzləşirlər. “Nyu-York Times” da belə təzyiqlərə məruz qalır. Azərbaycan belə halları qəti şəkildə qınayır”.(apa)

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Özündən böyük yoldaşları da ona “dayı” deyərdilər – Qəhrəman kəşfiyyatçımızı tanıyaq
Son xəbərlər
Bütün xəbərlər »