Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çavuşoğlu: “Azərbaycan həm hüquqi, həm mənəvi baxımdan haqlıdır”
Mövlud Çavuşoğlu

“Azərbaycan hüquqi baxımdan da, mənəvi baxımdan da haqlıdır”.

Bunu Türkiyənin Xarici İşlər Naziri Mövlud Çavuşoğlu jurnalistlərin suallarını cavablandırarkən deyib.

Azərbaycandan yeni səfərdən qayıdan nazir deyib ki, Türkiyənin bütün məsələlərdə olduğu kimi, Qarabağ problemində də qardaş Azərbaycanın yanında olması üçün Prezident Rəcəb Tayyib Ərdoğanın xüsusi təlimatı var: “Yaxşı gündə də, pis gündə də qardaş Azərbaycanın yanındayıq. Bu çətin günlərdə, haqlı mübarizəsində də Azərbaycanı yalnız buraxmamız mümkün deyil. Bakıya səfərimiz də bu çərçivədə oldu. Döyüş meydanındakı uğurlar və eyni zamanda diplomatik sahədə mübarizə ilə əlaqədar müzakirələrimiz oldu”.

M. Çavuşoğlu bildirib ki, Azərbaycanla mütəmadi əlaqələr davam edir: “Bu gün yenə məlumatlar aldıq. Xarici İşlər Naziri Ceyhun Bayramovla əlaqə saxlayırıq. Cənab Prezidentimiz də Cənab İlham Əliyevlə birbaşa ünsiyyətdə olur. Əlaqədar qurumlarımız mütəmadi əməkdaşlıq edir. Azərbaycan 30 ildir, işğalda olan torpaqlarını geri almaq üçün mübarizə aparır və bu mübarizədə də bundan sonra da qardaş Azərbaycanın yanında olacağıq”.(apa)

Paylaş »
››› Kaledoniya müstəqilliyini elan etdi: Fransanın əməlləri öz başında çatlayır
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› 18 yaşlı qazimiz: Bağırsaqlarımı əlimlə yığıb beli üstə öz əsgərlərimizə tərəf süründüm
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
››› Vətən mahnısı ilə tanınan şəhid Xudayar Yusifzadə: “Şəhid olmağa gedirəm” - Video
Son xəbərlər
Bütün xəbərlər »