Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yüksək döyüş hazırlığına malik olan Azərbaycan ordusunun qarşısında Ermənistan və havadarları dayana bilməyəcək” - Polkovnik
Artilleriya - Top

“Azərbaycan ordusu uzun müddət işğalda qalan ərazilərini işğaldan azad edir. Ermənistan hərbi-siyasi rəhbərliyi isə faşist mövqeyindən əl çəkmir, terror hadisələri törədir”.

Bunu Bizimyol.info-ya açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Cəlil Xəlilov -polkovnik Cəlil Xəlilov

Polkovnik bildirib ki, Azərbaycan ordusu öz ərazisində terrora qarşı mübarizə aparır: “Döyüş meydanında məğlub olan Ermənistanın hərbi bölmələri yaşayış məntəqələrini, mülki obyektləri, tarixi və dini abidələri, meşələri hədəfə alır. Cəbhədən kənarda yerləşən ərazilərə qadağan olunmuş döyüş sursatı atır. Ermənistan hərbi-siyasi rəhbərliyinin törətdiyi terror hadisələri nəticəsində uşaqlar da daxil olmaqla 90 nəfərdən çox mülki şəxs həlak olub”.

Hərbi ekspert bildirib ki beynəlxalq qanun və qaydalara uyğun olaraq terrorla mübarizə aparan Azərbaycan ordusundan fərqli olaraq Ermənistan ordusu beynəlxalq konvensiyalara zidd olaraq hərəkətlər edir: “Beynəlxalq konvensiyalara zidd olaraq müharibə vaxtı mülki əhalini hədəfə alan Ermənistan fosfor silahlarından istifadə edir. Halbuki bu silahlardan müharibədə və mülki əhaliyə qarşı istifadə etmək Cenevrə konvensiyasına əlavə edilən 77-ci protokola əsasən qadağandır.

Yüksək döyüş hazırlığına malik olan Azərbaycan ordusunun qarşısında nəinki Ermənistan, nə onun havadarları, nə də muzdluları-terror təşkilatları dayana bilməyəcək. Qarabağ Azərbaycandır!”

C.Xəlilov bildirib ki Azərbaycanın beynəlxalq təşkilatlardakı fəaliyyəti və informasiya müharibəsində apardığı mübarizə nəticəsində Azərbaycanı böyük qələbəyə doğru sürətləndirir: “Beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Cənab Ali Baş Komandan xarici media orqanlarına müsahibələr verərək Azərbaycanın haqq işini dünya ictimaiyyətinə çatdırır. Heç nəyə nail olmayan Ermənistan ordusu Azərbaycan ərazisində terror hadisələri törədir. Biz inanırıq ki işğal edilmiş bütün ərazilərdə Azərbaycan bayrağı dalğalanacaq”.

Ramid İbrahimov

Paylaş »
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› “Anamı görmək istəyirəm” – Şəhidin son arzusu
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
››› “Şəhid olacağımı düşünüb Kəlmeyi-şəhadətimi oxudum” – Döyüşdə qolunu itirən qazi
Son xəbərlər
Bütün xəbərlər »