Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BNA: Avtobuslarda məsafəni qorumaq mümkün deyil
Bakubus

Dünən axşam insanların dayanacaqlarda avtobus sürücüsündən saatlarla insaf gözlədiyinin şahidi oldum.

79 nömrəli marşuruta minmək üçün sərnişinlər arasında savaş gedirdi. Hətta ətrafdakı polislər də bu sıxlığı tənzimləməkdə çətinlik çəkirdi.

Evinə getmək üçün gözləyən bu qədər adamın olmasına baxmayaraq, 79 nömrəli marşrut xəttinin 3 avtobusu qapısı bağlı formada arxa-arxaya düzüb öz növbələrinin çatmasını gözləyirdi. Etiraz edən sərnişinlərə cavab olaraq sürücülər hələ çıxa bilmədiklərini və intervalı qorumalı olduqlarını bildirirdi .

Hansı tərəf günahkardır? Evinə gedə bilmək üçün yarışa girmişcəsinə özünü qabağa atmağa çalışan sərnişinmi, yoxsa pik saatlarda və koronavirusun tüğyan etdiyi bu günlərdə hələ də intervalı qoruyan BNA-mı?

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, həmin xətt üzrə zəruri tədbirlər görüləcək.

“Dayanacaqda avtobus varsa və boşdursa, həmin avtobusun qapısı açılmalıdır. Bir avtobus artıq yetəri qədər sərnişin götürübsə, yoluna davam etməli, digər avtobus xəttə çıxmalıdır. Hər bir ərazinin özünün nəzarətçisi var. Sürücünün də, nəzarətçinin də bir başa vəzifə borcudur ki, sərnişinlərin rahat daşınmasını təmin etsin. Həmin xətt üzrə daşıyıcı çağırılacaq və zəruri tədbirlər görüləcək ki, bir də belə hal baş verməsin”

Mais Ağayev onu da qeyd edib ki, 18:00-21:00 qısa bu zaman kəsiyində yollarda nəqliyyat vasitələrinin sayı 25-30 faizə qədər artır.

“Hər bir marşrut üzrə interval əvvəlcədən müəyyənləşdirilir. Şəhər daxilində 5,6,10 dəqiqə intervallar müəyyənləşdirilir. İntervallara təsir edən səbəblər var. Bu səbəblərin bir çoxu bizdən asılı deyil. Yollardakı vəziyyət bir başa intervallara təsir edən ən başlıca amildir. Avtobusun gecikmə halları adətən səhər və axşam pik saatlarda olur. Axşam əsas səbələrdən biri bütün təşkilatlarda iş saatının 18:00-da bitməsi, komendant saatının 21:00-da başlamasıdır. Bu qısa zaman kəsiyində yollarda 25-30 faizə qədər nəqliyyat vasitələrinin sayı artır . Bundan əlavə, sürücü davranışları ilə bağlı olan sıxlıqlar var. Yəni avtobus trayektoriyasında nəqliyyat vasitələrinin park edilməsi, dayanacaqlarda avtomobillərin qanunsuz park edilməsi. Hansı ki, gün ərzində mütəmadi olaraq bizim əməkdaşlar tərəfindən buna qarşı mübarizə tədbirləri aparılır”- deyə o bildirib.

Korona virusa yoluxanların sayı indikindən dəfələrlə az olduğu zamanlarda avtobuslarda oturacaqların üzərinə “Məsafə saxla” yazılı kağızlar yapıdırlaraq ara məsafə qorunurdu. Amma yoluxanların sayı 1000-i keçdiyi halda həmin kağızlar avtobuslardan yığışdırılıb və məsafə qorunmur. Üstəlik məsafədən söz gedə bilməz, insanlar demək olar ki,qucaqlaşmış, nəfəs- nəfəsə vermiş halda səyahət edirlər.

Bununla bağlı BNA sözçüsü hazırki vəziyyətdə avtobuslarda məsafənin qorunmasını təmin etməyin mümkünsüz olduğunu bilirib.

“Bu gün avtobuslarda ara məsafənin saxlanması qeyri-realdır. Bizim avtobuslarımızın maneəsiz hərəkət etmək şəraiti yoxdur. Nə vaxt Bakı şəhərində avtobuslar üçün ayrıca hərəkət zolağı olarsa, ondan sonra ara məsafənin gözlənilməsi gündəmə gələ bilər. Reallıq onu göstərir ki, hazırda bunu etmək mümkün deyil”.

Leyla Mirzə

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
Son xəbərlər
Bütün xəbərlər »