Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ-dakı prezident seçkilərinin Qarabağ müharibəsinə təsiri - Açıqlama
seçki

Bu gün ABŞ-da 59-cu prezident seçkiləridir. Ağ Ev uğrunda mübarizədə Prezident Donald Tramp və vitse-prezident Maykl Pensla ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden və Kaliforniya ştatından senator Kamala Harris rəqabət aparır.

Bizimyol.info-ya açıqlama verən beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev bildirib ki, Cozef Baydenin prezident seçilməsi Azərbaycanın əleyhinə olacaq.

Fərhad Mehdiyev Fərhad Mehdiyev

Politoloq qeyd edib ki, Baydenin seçilməsi müharibənin gedişatına təsiri olmayacaq, amma diplomatik danışıqlara təsiri ola bilər. “Cozef Bayden bəyanatlarının birində prezident seçilərsə, Azərbaycana qarşı olan “907-ci düzəlişi”n tam tətbiq olunacağını bəyan edib: “İşğal edilən ərazilərimizi azad etmək istiqamətində aparılan müharibə zamanı Baydenin prezident seçilməsi Azərbaycanın maraqlarına uyğun gəlmir.

“907-ci düzəlişi” tam tətbiq etsələr belə bu qərarın Azərbaycana böyük təsiri olmayacaq. Çünki Azərbaycan ABŞ-dan silah almır ki ölkəmizə silah satmasın. Həmçinin, Amerikanın Azərbaycana göstərəcəyi maliyyə yardımı da müharibənin gedişinə təsir göstərmir.

Baydenin seçilməsi müharibənin gedişatına təsiri olmayacaq, amma diplomatik danışıqlara təsiri ola bilər. Unutmayaq ki Azərbaycana qarşı sənəd olan “907-ci düzəlişi”n müəlliflərindən biri prezidentliyə namizəd Baydendir. Niyə bunu qeyd edirəm? Azərbaycan üçün Qarbağ probleminin minimum sərfəli həlli Dağlıq Qarabağa inzibati muxtariyyətin verilmədiyi həll yolu olacaq. ATƏT-in Minsk Qrupunun həmsədrlərindən olan Amerika deyə bilər ki Dağlıq Qarabağa Madrid prinsiplərində nəzərdə tutulan inzibati muxtariyyət verilsin. Rusiyada da buna qoşularsa, Minsk qrupunun həmsədrlərinin təklifi bizim maraqlarımıza cavab verməyə bilər. Amma onu da deyim ki Azərbaycan ATƏT-in Minsk qrupunun həmsdərlərilə işləməyə məcbur deyil. Yəni onların təqdim edəcəyi həll yolunu seçmək məcburiyyətində deyil. Bu gün hər şey müharibə meydanında həll olunur. Biz Dağlıq Qarabağdan Ermənistan hərbi bölmələrini çıxarandan sonra öz şərtlərimizi diqtə edə bilərik”.

Azərbaycana zərbə vurmaq, torpaqlarının işğaldan azad edilməsinin qarşısını almaq üçün “Azadlığa dəstək aktına” “907-ci düzəlişi” təklifi 1992-ci ilin dekabrında Senatda qəbul edilib. Həmin düzəliş əsasında Azərbaycana göstərilən yardımlar qadağan edildi.

Ramid İbrahimov

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »