Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rus politoloq: Paşinyan Qarabağ müharibəsində Rusiyaya güvənməklə səhv etdi
Aleksey Arestoviç

Ermənistan Dağlıq Qarabağı heç vəchlə öz nəzarəti altında saxlaya bilməyəcək. Azərbaycan tam qələbəyə çox yaxındır.

Bizimyol.info xəbər verir ki, bunui öz Facebook səhifəsində hərbi ekspert Aleksey Arestoviç yazıb.

"Ermənistanın hazırda dəqiq siyasi məqsədi yoxdur. İqtisadi planda Qarabağ Ermənistanın iqtisadi inkişafını ləngidən lövbərdir.Paşinyan hakimiyyətə gələndən dərhal sonra Qarabağı azad etmək barədə düşünməliydi.Lakin o başqa yol seçdi.Öz oğlunu Qarabağa döyüşməyə göndərdi və dəfələrlə Qarabağın Ermənistana aid olduğunu söylədi. İndi Yerevan bütün variantların məğlubiyyətə apardığı vəziyyətə düşüb. Bu hala Azərbaycan ərazilərinin işğalı və Böyük Ermənistan xülyası səbəb oldu. Ermənistanın ən böyük səhvi isə Qarabağ uğrunda müharibədə Rusiyaya güvənməsi oldu. Bu onun taleyüklü səhvi idi",- deyə o qeyd edib.

Politoloq bu son cümləsiylə Qarabağ uğrunda gedən müharibələrdə Rusiyanın məsuliyyət daşımadığını diqqətə çatdırmaq istəyib.

İlhamə Rəsulova

Paylaş »
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
Son xəbərlər
Bütün xəbərlər »