Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Zori Balayan özünü asacaqmı?
İlham İsmayıl

Hələ 1943-cü ilin payızında ABŞ Strateji xidmətlər idarəsi Harvard universitetinin məşhur psixoloji analitiki Henri Mürreyə sifariş verir ki, Hitlerin sonunun necə olacağı barədə təhlil hazırlasın. Alim Hitlerin kitablarından istifadə etməklə tədqiqatının sonunda bildirib ki, Hitler məğlub olarsa o özünə qəsd edəcək və ikinci variant yoxdur. Fürerin həbsini və məhkəməyə verilməsini psixoloq alim qeyri-mümkün hesab edib.

Yüksək rütbəli faşist rəhbərləri, ideyanın yaradıcıları və həyata keçirənləri məğlub olduqlarının qaçılmaz olduğunu tam dərk edəndə kütləvi şəkildə intihara əl atırlar. Sağ qalıb həbs olunanları isə Nürenberq məhkəməsi edam edir.

75 il əvvəl baş vermiş tarixi təsadüf olaraq yada salmadım. Faşizm antibəşəri bir ideya idi, bəşəriyyətə, ilk növbədə almanların özünə sağalmaz yara vurdu. Alman faşistləri özlərini ali irq hesab edir, başqa millətləri ikinci, üçüncü dərəcəli varlıq hesab edirdilər.

Müasir faşizmin davamçıları “ermənilik” ideyasını yaradanlar, ona xidmət edənlərdi. Ermənilər özlərini dünyanın ən qədim, ən ali irqi hesab edirlər. Dünyada nə birinci və ya ikincidirsə hamısı ermənilərə məxsus olduqlarını iddia edirlər. İkincini də mütləq müqayisədə ya Amerika ilə, ya da dostları Fransa ilə müqayisə edərlər. “Mimino”dakı kimi:” adi krandan axan su dünyada ikinci yerdədir, birinci də San-Fransiskoda”.

Xristianlığı da onu yaradanlar yox, ermənilər qəbul edib. Dünyada ilk dövlət quranlar da bunlar olub,eramızdan əvvəl hansısa Tiqran nəsə elan edibmiş. Və “ermənilik” ideyası da budur ki, iki min il əvvəl guya mövcud olmuş yalançı dövlətlərini bərpa etməlidirlər. Və bu dövlətin əraziləri də Türkiyənin, Azərbaycanın torpaqlarında yaradılmalıdır. Az qala 300 ilə yaxındır ki, erməni katalikosları, alimlərı, yazıçıları, Kardaşyanları, ASALA-ları, indiki Ermənistanın üzünü görməyib dünyanın hər tərəfinə yayılan nümayəndələri də bu ruhda tərbiyə olunub, olunur. Nifrət hədəfləri də Türkiyədir, Azərbaycandır. Onların nifrətinin kökü erməni faşizmidir.

27 sentyabr 2020-ci ilə qədər onlar özlərini bu ideyanın qalibi kimi aparırdılar. İndi düşmənin 300 illik ideyasının sonu yaxınlaşıb. Dünya faşizmi yuvasına qədər qovub kapitulyasiyaya imza atdırdılar. Erməni faşizmini yiuvasına qədər qovmalıyıq. Qondarma paytaxtlarına qədər. Qarabağ müharibəsini qələbə ilə bitirib kapitulyasiyaya imza etdirmək lazımdır. O zaman erməni faşizmin yaradıcıları, davamçılarının intihar seriyası haqqında xəbərlər gələcək.

Uşaq qatillərinin ölüm rəqsi - Video

Erməni faşizminin manifesti sayılan “ Ocaq” kitabının müəllifi, Azərbaycana qarşı xüsusi nifrət və qəddarlıq təbliğ edən Zori Balayan Şuşada yallı getməyini yadına salıb, qəhrindən özünü asacaqmı? Tökülən qanları alqışlayan bu 85 yaşlı faşist hələ də qantökməyi təbliğ edən çağırışlar edir. Faşist düşərgələrində -Osvensimdə, Dahauda əsirləri qaz kameralarında boğan faşistlərdən heç fərqi olmayan, Xocalı qətliamını törədən və bununla fəxr edən Serj Sarkisyan mətbəx qazını açıb intihar edəcəkmi? 750 min Azərbaycan vətəndaşını Dağlıq Qarabağ ətrafından silah gücünə çıxaran, o yerləri xarabazara çevirən, qadın-uşaq demədən qətlə yetirən, sağ qalanı illərlə məcburi köçkünə çevirən Robert Koçaryan necə, məcbur olub Ermənistandan qaçacaqmı? Qaçsa da, bizim DTX onu məşhur “Eyxman əməliyyatı” kimi harda olsa tutub gətirəcək və ədalət məhkəməsinə çıxaracaq.

Bəs, Paşinyan? Hitlerin son günlərdə 15 yaşlı uşqlarla görüşüb onları cəbhəyə göndərmək anını əks etdirən məşhur fotonu xatırlayın. Paşinyan indi qız-oğlan demədən 15 yaşlı uşaqları cəbhəyə göndərməyini vətənpərvərlik kimi təqdim edir. Şəxsən istəməzdim ki, onun ailəsinin taleyi, Yeva Braunun, Maqda Göbbelsin taleyi kimi olsun. Paşinyan özündən əvvəlkilərin ideyasının girovu kimi görsənir. Amma, son bir ayda məhz onun göstərişləri ilə dinc şəhərlərə atılan raketlərin neçə-neçə günahsız uşağı, atanı, ananı məhv etdiyini bilirik. Ona “Nürenberq məhkəməsi”nin qurulacağını bilmirəm, amma bizim ən böyük məhkəməmiz 28 il 5 aylıq ayrılıqdan sonra Şuşada üçrəngli bayrağımızın dalğalanması olacaq.

Faşizm müxtəlif dövrlərdə, ayrı-ayrı yerlərdə baş qaldırmasından asılı olmayaraq mahiyyəti insanlığa qarşı olub. Erməni faşizmi yalnız türklərə qarşı deyil, bütün bəşəriyyətə qarşıdır. Bir neçə gün əvvəl Fransız telejurnalistini həqiqəti çəkdiyinə görə ASALA ilə hədələyən də Avropada yaşayan erməni idi. Uzaq Argentinada, Kaliforniyada Azərbaycan diplomatlarına qarşı vəhşilik edənlər də Ermənistanın üzünü görməyən, amma faşizm ruhunda tərbiyə olunan erməni uşaqlarıdır.

Qarabağ qələbəmiz erməni faşizminə böyük zərbə olacaq. Amma, bu məkrli və qəddar tayfa öz maraqları naminə sabah bizə özlərini mələk kimi göstərəcək. Unutmayın, bu mələyin adı faşistdir! (moderator)

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› Şəhid sayılaraq "dəfn olunan" əsgərin sağ olduğu məlum olub
Son xəbərlər
Bütün xəbərlər »