Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa koronavirusla mübarizədə çətinlik çəkir
Koronavirus xəstələri

Avropanın bir çox ölkələrinin hökumətləri koronavirus pandemiyasına qarşı mübarizədə çox çətin vəziyyətlə qarşılaşırlar.

Bunu brifinqdə ÜST-nin fövqəladə hallar üzrə proqram direktoru Maykl Rayan deyib.

“Hökumətlər virusa nəzarət etməlidirlər. ÜST Avropada etirazların niyə baş verdiyini başa düşür. Aydındır ki, insanlar yorulurlar və normal həyata qayıtmaq istəyirlər. Bundan əlavə, insanların görülən tədbirləri şübhə altına almaq hüququ var. Bu səbəbdən hökumətlər onları dinləməli, əhali ilə əlaqə saxlamalıdırlar”, - deyə M. Rayan vurğulayıb.

Qeyd edək ki, yeni növ koronavirus infeksiyası Avropada həqiqətən də geniş yayılmağa başlayıb. Xüsusən də Fransa, İspaniya və İtaliyada yeni yoluxma halları kəskin çoxalıb.

Artıq Böyük Britaniyada COVID-19-a yoluxanların sayı 1 milyonu keçib.(virtualaz.org)

Paylaş »
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
››› “Şəhid olacağımı düşünüb Kəlmeyi-şəhadətimi oxudum” – Döyüşdə qolunu itirən qazi
Son xəbərlər
Bütün xəbərlər »