Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
BMT-nin Ali komissarı Ermənistanı ittiham edir
BMT

BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Mişel Baçelet noyabrın 2-də Dağlıq Qarabağ münaqişəsi zonasında yaşayış məntəqələrinə fərq qoyulmadan davam edən hücumlardan narahatlığını ifadə edib.

Virtualaz.org bildirir ki, bu barədə Ali Komissarlığın rəsmi saytı xəbər yayıb.

M.Baçelet bildirib ki, münaqişə sentyabr ayında yenidən başlayandan sonra mülki əhalı arasında itkilərin və yaşayış məntəqlərinə dəyən zərərin qarşısını almaq və heç olmasa minimuma endirmək üçün çağırışlar edilib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan arasında mülki şəxslərə qarşı hücumlardan çəkinmək barədə razılığa baxmayaraq, ötən həftə sonu yaşayış məntəqələrinə artilleriya zərbələri endirilib: "Azərbaycan mənbələrinə görə, cəbhə xəttindən təxminən 20 km məsafədə yerləşən Tərtər şəhəri artilleriya zərbələrinə məruz qalıb.

Azərbaycan hökumətinin verdiyi məlumata görə, sentyabr ayının sonundan etibarən Azərbaycanın nəzarətində olan ərazilərdə ən az 91 mülki şəxs öldürülüb".

M.Baçelet bildirib ki, ən böyük insan tələfatı oktyabrın 28-də baş verib. Aktiv döyüş əməliyyatları zonasından təxminən 30 km məsafədə yerləşən Bərdə şəhərinə raket hücumu nəticəsində 21 nəfər ölüb və 70 nəfər yaralanıb: "Məlumatlara görə, Ermənistan ordusu tərəfindən atılan raketlərin içərisində çoxlu kaset sursatları olub. Yaşayış yerlərinə kaset döyüş sursatlarının atılması beynəlxalq humanitar hüququn prinsiplərinə ziddir.

Bir halda ki, insanlar həlak olmaqda davam edir, dinc sakinlərin iztirabları isə daha da dərinləşir, mən yenə də hərbi əməliyyatların dərhal dayandırılmasına və bütün tərəfləri humanitar səbəblərlə atəşkəsə əməl etməyə, bu münaqişənin sülh yolu ilə və qalıcı həllini tapmaq üçün danışıqlara başlamağa çağırıram”.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
Son xəbərlər
Bütün xəbərlər »