İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 98 nəfərə çatıb.
Bizimyol.info xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Məlumatda qeyd olunur ki, təbii fəlakət zamanı xəsarət alanların sayı 994 nəfər olub. Onlardan 847 nəfəri müalicə olunaraq evə buraxılıb, 147 nəfərin müalicəsi davam edir.
Zəlzələdə dağılmış 17 binadan 12-də axtarış və xilasetmə işləri tamamlanıb, qalan 5 binada da işlərin davam etdiyi qeyd edilir.