Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusun ürəyə necə təsir etdiyi açıqlandı
koronavirus

Yeni növ koronavirus infeksiyasından sağalan insanlarda yalnız ağ ciyərlərdə deyil, ürək əzələlərində də ciddi fəsadlar yaranır.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, ürək-damar sistemində fəsadlar pasiyentin xəstəliyi ağır və ya yüngül keçirməsindən asılı olmayaraq yaranır. Hətta altı aydan sonra da həkimlər həmin şəxslərdə ürək toxumasının iltihabını qeydə alıblar.

Koronavirusun ürəyə təsiri barədə ilk məlumatı çinli alimlər bəyan edib. Belə ki, mart ayında koronavirusa yoluxan 416 xəstə müayinə edilib və yoluxanların təxminən 20 faizinin ürəyində ciddi problemlər aşkar edilib. Bundan əlavə, Vuhan xəstəxanalarının birinin reanimasiya şöbəsində müalicə alan xəstələrin 44 faizinə aritmiya diaqnozu qoyulub.

Artıq iyul ayında zərərin qalıcı olması məlum olub. Almaniya və İtaliyadan olan mütəxəssislərə görə, sağaldıqdan iki ay yarım sonra belə xəstələrin 78 faizində ürək anomaliyası yaranıb. 60 faiz xəstədə miokard iltihabının əlamətləri müşahidə edilib.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »