Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada terror xofu yaranıb
Fransada terror xofu yaranıb

Fransa Nitsadakı terror aktından sonra sərhədlərə nəzarəti gücləndirmək qərarına gəlib. Avropa dövlətində gerçək terror xofu hiss olunur.

Bizimyol.info xəbər verir ki, Fransanın Daxili İşlər Naziri Jerald Darmanen təhlükəli situasiya yarandığını etiraf edib. Amma nazir çox böyük həyəcana ehtiyac olmadığını deyib.

“Sərhədlərə daha çox nəzarət edəcəyik. Bununla bağlı Prezidentə və Baş Nazirə təkliflərimi bildirmişəm. Amma ölkəni tamamilə qapatmaq fikrində deyilik”.

Darmanen bütün əcnəbilərə potensial terrorçu kimi yanaşmağın səhv olduğunu söyləyib. Nazir xatırladıb ki, son 30 terror aktının 22-ni Fransa vətəndaşları həyata keçirib. Onun sözlərinə görə, terror milliyyətə və dərinin rənginə baxmır. Yəni istənilən adam cinayət törədə bilər.

Darmanenin sözlərinə görə, son bir ayda radikal baxışlarına görə 16 əcnəbini deportasiya ediblər. Son üç ildə 458 nəfər bu səbəbdən ölkədən çıxarılıb.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
Son xəbərlər
Bütün xəbərlər »