Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko Makronu qınadı: “Müsəlmanları tənqid etmək sənə nə verir?”
Emmanuel Makron

Parisdə tarix müəlliminin qətlindən, Emmanuel Makronun İslam terrorizmindən danışmasından sonra Fransa prezidenti ilə müsəlmanlar arasında gərginlik yaşanır.

Avropa dövlətinin rəhbərinə dünyanın müxtəlif yerlərindən etiraz edirlər.

Bizimyol.info xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Makrona müsəlmanlarla qalmaqalda köməyini təklif edib.

Aleksandr Lukaşenko Aleksandr Lukaşenko

Dövlət başçısı pravoslav kisləsinin rəhbəri ilə görüşdə fransız həmkarını qınayıb: “Onların peyğəmbərinə toxunma da. Bax, müsəlmanları tənqid etmək sənə nə verir? Bəlkə Makrona vasitəçi lazımdır? Bu işdə ona kömək edə bilərəm. Çünki mənim müsəlmanlarla çox, lap çox yaxşı münasibətlərim var”.

Lukaşenko əlavə edib ki, seçkilərdə həmişə müsəlman icmasından 100 faiz dəstək görür.

Çeçen Abdullah Anzorov kollec müəllimi Samuel Patini ifadə azadlığı dərsində şagirdələrə Məhəmməd peyğəmbərin karikaturalarını göstərdiyinə görə qətlə yetirmişdi. Bundan sonra Makron İslamı terrorizm dini adlandırmışdı.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Özündən böyük yoldaşları da ona “dayı” deyərdilər – Qəhrəman kəşfiyyatçımızı tanıyaq
Son xəbərlər
Bütün xəbərlər »