Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın itkiləri artır: neft və qaz hasilatı azalıb
Tebii qaz

Neft və qaz Rusiya iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edir. Hasilatın azalması ölkənin vəziyyətinə mənfi təsir göstərməyə bilməz.

Bizimyol.info xəbər verir ki, ilk 10 ayın hesabatı durumun yaxşı olmamasından danışır. Hasilat nəzərəçarpan dərəcədə azalıb. Söhbət neft və qaz kondensatının 8.2 faiz azalmasından gedir. Bu da 429.11 milyon ton məhsul deməkdir.

Oktyabrda Rusiyada 42.19 milyon ton neft hasil olunub. 2019-cu ilin analoji dövrü ilə müqayisə etsək, hətta 11 faizdən çox azalma görmək mümkündür. 2020-ci ildə təbii qaz hasilatı 7.2 faiz azalıb. Yəni 562.73 milyard kubmetr geriləmə var.

Müqayisə maliyyə müstəvisində aparılsa, Rusiyanınm itkisi daha aydın görünər. Maddi vəsaitin daxilolması azı 2.2 dəfə azalıb. Fiziki ixracda 33 faiz geriləmə müzakirə mövzusudur.

Rusiya iqtisadiyyatını irəlidə daha çətin günlər gözləyir. Neftin qiyməti oktyabrın sonlarından başlayaraq kəskin azalır. Dolların Rusiyadakı məzənnəsi 80 psixoloji həddini keçib.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »