Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Korotçenko: Ermənistan hər an hərbi bazalarımız və Rusiya ilə vidalaşa bilər
İqor Korotçenko

Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın rəhbəri, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko bəyan edib ki, Rusiya artıq potsovet məkanını itirir və bundan sonra yalnız öz maraqlarını düşünməlidir.

Bizimyol.info xəbər verir ki, Korotçenko Pravda. ru-ya verdiyi müsahibəsində bəyan edib ki, Ermənistan siytasi seçim etməsə Rusiyanın dəstəyini tamamilə itirəcək.

"Biz MDB məkanında hadisələrin idarəçiliyini itiririk. Ukraynanı praktik olaraq itirmişik, indi eyni mənfi proseslər Moldovada da gedir. Gürcüstanı çoxdan itirmişik.

Ermənistana gəlincə, o 2018-ci ildəki çevrilişlə geopolitik məngənəyə sıxışdırıldı, ona görə bu gün özünü yanımızda kimi göstərməyə çalışır, amma hər an hərbi bazalarımızla birlikdə Rusiya ilə vidalaşa bilər.

Mövcud vəziyyətdə ölkəmizə münasibətdə digər ölkələrin tərəfindən “insan insanın canavarıdır” prinsipinin fəaliyyət göstərdiyini görürük.

Beynəlxalq öhdəliklərimizi başqa bir sahədə yerinə yetirməyəcəyik, heç kimə borcumuz yoxdur. Yalnız Rusiyanı müdafiə edəcəyik",- deyən Korotçenko bəyan edib ki, Paşinyan seçim etməlidir və Putin də onu seçim qarşısında qoyub.

"Davamlı Putinə zəng etmək əvəzinə, Paşinyan Sorosa zəng edib ondan kömək istəsin. Sözlərim erməni icmasını incidəcək, amma siz dost bir ölkəsinizsə, Rusiya sizin müttəfiqinizdirsə belə etməməliydiniz.Bu hadisələrdən bir qədər əvvəl Rusiyanı orada işğalçı adlandırdılar və oradan çıxmağı tələb etdilər.

Bu səbəbdən geosiyasi prioritetlərinizə qərar verin: ya Rusiyanın, ya da Sorosun yanındasınız. Əsgərlər köməyinizə göndərilmirsə, inciməyin, çünki Amerika QHT-lərindən keçən insanlara güvənmisiniz".

İlhamə

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
››› Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"
Son xəbərlər
Bütün xəbərlər »