Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Erməni vəhşiliyi: Ağ fosfordan qorunmaq mümkün deyil
MN: Ermənistan kəndlərimizi raket və artilleriya atəşinə tutur

Ötən gün Azərbaycanın Müdafiə Nazirliyi işğalaltındakı Xocavənd rayonu istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin müdafiə sahəsindəki bölmələrinə xeyli sayda fosfor tərkibli yükün gətirildiyi barədə məlumat yayıb.

Bəs hamının haqqında qorxu ilə danışdığı fosfor bombası nədir?

Bizimyol.info Fosfor bombası haqqında məlumatı təqdim edir:

Ağ fosfor bombalarından istifadə beynəlxalq konvensiyalarla qadağan edilib. Belə ki, Ağ fosforun 0,05 qramı yetərlidir ki, insanı öldürsün. Ağ fosfor atmosferlə təmasa keçdikdə yanğın əmələ gəlir və bu zaman istilik 1300 dərəcəyə çatır. Partlayışdan sonra ətrafda olan hər şeyi yandırır. Bu xüsusiyyətinə görə, bəzən yanğın yaratmaq üçün də istifadə edilir.

Fosfor dumanı ağciyərlərdə qəfil yaralara və insanın boğulmasına səbəb olur. Növbəti mərhələdə insan bədəni içəridən yanır. Əksər hallarda ağ fosforla yanan insanın paltarında çox iz qalmır, yanma reaksiyası bədənin içərisində davam edir. Ağ fosfor qurbanlarını sümüklərinə qədər yandırır.Fosforun istifadəsindən sonra reaksiyasını dayandırmaq mümkün deyil.

Bu cür döyüş vasitələrini Suriyada Əsəd rejimi qüvvələri və İşid silahlıları tətbiq edir.

Ermənistan ağ fosfor kimyəvi silahından istifadə etməklə ordumuzun Pilotsuz Uçuş Aparatlarının manevrlərinə maneələr yaratmağa çalışır və eyni zamanda kütləvi meşə yanğınları və ekoloji fəlakət törətmək niyyətindədir.

Bizimyol.info-ya verdiyi açıqlamada hərbi ekspert Ramil Məmmədli kimyəvi silahların içərisində ən təhlükəlisinin məhz fosfor bombası olduğunu bildirib.

“Fosfor bombasından insanlara qarşı duman formasında istifadə edirlər. Adətən aviasa vasitələrindən tətbiq edirlər.

2-ci dünya müharibəsi dövründə yaradılan kimyəvi maddədir. Yəni kimyəvi maddənin silaha inteqrasiya olunmasıdır. İran-İraq müharibəsində də bu fosforlu bombalardan İraq tərəfi istifadə etmişdi.

Bu silahdan qorunmaq üçün yalnız həmin kimyəvi maddədən istifadə edəcək hərbi birləşmələr qoruyucu tədbirlər almalıdırlar. Əsasən bu fosforlu maddə göz nahiyəsinə daha çox ziyan vurur. Buna görə də gözləri müəyyən formada bağlamaqla qorunmaq olur.

Hər bir orduda kimyəvi silahdan qorunma üsulları və kimyəvi qoşun növü var. Həmçinin Azərbaycan ordusunda da var. Bu hərbi birləşmənin vəzifəsi kimyəvi silahdan istifadə hallarında əməliyyatlar həyata keçirməkdir. Bu zaman əməliyyatı həyata keçirən hərbi birləşmənin canlı heyəti əlehqazdan istifadə edir ",- deyən ekspertin sözlərinə görə, hələlik ağ fosfordan canlıları qoruyan kimyəvi maddə kəşf edilməyib.

Leyla Mirzə

Paylaş »
››› Baş həkim ani qərarla 30 yaralını ölümdən qurtarıb
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Ermənistan qəzeti: “Ölkə uçurumun kənarındadır”
››› “Şəhid olacağımı düşünüb Kəlmeyi-şəhadətimi oxudum” – Döyüşdə qolunu itirən qazi
Son xəbərlər
Bütün xəbərlər »