Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Almaniya 187 min əcnəbini ölkədən çıxarır
Almaniya - miqrantlar

Almaniyada 187 min əcnəbi ölkəni könüllü tərk etməsi ilə bağlı bildiriş alıb.

“Report”un Avropa bürosunun Almaniya Federal Daxili İşlər Nazirliyindən əldə etdiyi məlumatda deyilir ki, onların əksəriyyəti 2015-2019-cu illər ərzində Almaniyaya gələrək bu ölkədən sığınacaq istəyən xarici ölkə vətəndaşlarıdır.

“Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BMF) sığınacaq üçün edilən müraciətləri qəbul etdikdən sonra araşdırıb və müvafiq qərar verir. Həmin şəxslərlə bağlı bir sıra qərarlar neqativ olub və onların ölkəni könüllü tərk etmələri ilə bağlı bildiriş göndərilib”, - deyə, nazirliyin məlumatında qeyd olunub.

Ölkəni könüllü tərk etmələri ilə bağlı xəbərdarlıq alanlar arasında Azərbaycan Respublikasının vətəndaşları da var.

Azərbaycanlıların digər əyalətlərə nisbətən kompakt yaşadığını Şimali Reyn Vestfaliya əyalətində 74 374, Bavariyada isə, 36 143 əcnəbiyə ölkəni könüllü tərk etmələri ilə bağlı vaxt qoyulub.

Müəyyən olunan vaxt bitdikdən sonra həmin şəxslərin işi idarə məhkəmələrinə göndəriləcək. Məhkəmələr isə, adətən əsaslı humanitar və siyasi səbəblər olmadığı təqdirdə, sığınacaq axtaranların ölkədən məcbur deportasiya edilməsi barədə qərar çıxarır.

BAMF-dan verilən məlumatda isə qeyd olunur ki, 1 yanvar 2020-ci il tarixindən indiyə kimi, könüllü gedişlər də daxil olmaqla 7 212 nəfər Almaniyadan deportasiya edilib.

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
››› “Yaralı əsgər deyirdi ki, komandirimə yardım göstərin, mən gözləyə bilərəm” – müharibə həkimi
Son xəbərlər
Bütün xəbərlər »