Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rus polkovnik:“Paşinyan Putinin tualetinin qabağında ulayır"
Nikol Paşinyan

Bizimyol.info-nun məlumatına görə, Rusiyanın Belarusda regional qoşun qruplaşmasının yaradılması üzrə işçi qrupunun üzvü olmuş polkovnik Vladimir Truxan maraqlı açıqlama verib. "2019-cu ildən bəri Moskvadan heç kim Paşinyanla düz-əməlli ünsiyyət saxlamırdı, indi o Putinin tualetinin qabağında ulayır".

"Milyarder Corc Sorosun yetirmələri olan Paşinyan və tərəfdarları alovlu bəyənatar verərkən, Azərbaycan düşünülmüş müharibə hazırlığında idi və bunu bacardı.

Ermənistana rəhbərlik edənlər Qarabağda pul qazanmaqla məşğul olanda müharibəyə hazırlaşırdı. Ermənilər hərbi planda ağılsızlıq etdilər, onlar həmin qruplaşmanı ora yerləşdirəndə anlamadılar ki, Azərbaycan necə onu əzəcək Üstəlik mən hesab edirəm ki, Rusiyanı Türkiyəyə qarşı qızışdıran “qaynar başların” soyumağa ehtiyacı var",- deyən polkovnik əlavə edib ki, bu gün Ermənistanda baş verənlərin tək günahkarı Paşinyan özüdür.

"Paşinyan 2018-ci ildən bəri ardıcıl olaraq Rusiya ilə münasibətləri bütün istiqamətlərdə korladı. Paşinyan Müdafiə Nazirliyinin bütün rəhbərliyini sıradan çıxardı, onları çıxarıb yerinə öz “sorosçularını qoydu. 2019-cu ildən bəri Moskvadan heç kim Paşinyanla düz-əməlli ünsiyyət saxlamırdı, indi o Putinin tualetinin qabağında ulayır. Ermənistanın müdafiə naziri heç vaxt orduda xidmət etməyib və NATO ilə koordinasiyadan başqa heç bir hərbi təcrübəsi yoxdur. Əvəzində Azərbaycanlılar bütün NATO məşğələlərində iştirak etdilər. Bu gün kim Ermənistana kömək edəcək? Paşinyan meydanda təklənib deyə Putinin yaxasından əl çəkmir",- deyə Truxan PolitWera internet-kanalına açıqlamasında qeyd edib.

İlhamə

Paylaş »
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
Son xəbərlər
Bütün xəbərlər »