Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa yoluxma sayı təhlükəli həddə çatır: “Laqeydlik halları yolverilməzdir”
Təyyar Eyvaziov

Artıq son bir həftədə ölkə ərazisində gün ərzində koronavirusa yoluxma halları 1000 nəfəri keçib. Bu çox ciddi rəqəmdir və əhali arasında kifayət qədər təlaş yaradır. Belə ki, ötən gün yoluxma sayı 1175 nəfər olub.

Payız-qış mövsümündə infeksiyanın özünü daha sərt büruzə verəcəyi gözlənilirdi. Lakin, yeni yoluxanların sayının bu qədər artmasına səbəb xəstəliyin mutasiyaya uğramasıdır yoxsa əhalinin koronavirusla mübarizə çərçivəsində tərtib edilən qaydalara laqeyd yanaşması?

Məsələ ilə bağlı Azərbaycanın Baş infeksionisti Təyyar Eyvazov oxu.az-a müsahibəsində bu məqamlara aydınlıq gətirib.

- Ötən gün Azərbaycanda koronavirusa (COVID-19) 1175, daha əvvəl isə 1095 yeni yoluxma faktı qeydə alınıb. Necə düşünürsüz yoluxma dinamikasında daha da artım olacaqmı?

- Düşünürəm ki, burada əsas məqam hansısa bir statistik “psixoloji hədd”in aşılaması yox, ümumilikdə, epidemioloji vəziyyətin sürətlə pisləşməsi dinamikasının olmasıdır. Təəssüf ki, bu hal davam edir və növbəti günlərdə daha da kəskinləşə bilər.

- Ümumiyyətlə bu günlərdə mövsümü respirator xəstəliklərə, yəni daha çox qripə yoluxanlar var. Simptomların eyni olması insanların bilmədən bir-birini yoluxdurmasına səbəb ola bilərmi?

- Biz hazırda digər respirator infeksiyaların artımı mövsümünə daxil oluruq. Koronavirus pandemiyasına qədərki dövrdə payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının artımı əhali arasında bir o qədər narahatlıq doğurmurdu. Çünki, bu infeksiyalar əksər hallarda yüngül keçir və xüsusi müalicə tələb etmirdi. Düzdür, xeyli sayda insan yoluxurdu. Ancaq buna qarşı illərlə belə bir stereotip yaranıb ki, heç də həmişə həkimə müraciət etmək lazım deyil, özünütədricə ciddi ehtiyac yoxdur. İndi isə situasiya fərqlidir.

Koronavirus infeksiyasının klinik əlamətləri qeyd etdiyimiz xəstəliklər ilə çox oxşardır. Bunları bir-birindən ayırmaq bəzən xüsusi müayinələrsiz mümkün deyil. Təsəvvür edin ki, müəyyən narahatçılıq hiss edən insan buna ciddi yanaşmır və həkimə müraciət etmir. Özünü təcrid etmədən aktiv həyatını davam etdirərək, digərlərini də yoluxdurur. Həmin şəxsin koronavirus infeksiyasına yoluxması faktı təsdiqlənərsə, artıq gec ola bilər. Buna görə də bütün maarifləndirmə imkanlarından istifadə edərək bu stereotipi sındırmaq lazımdır. Özündə hərarət, boğaz ağrıları, öskürək və s. kimi əlamətlər hiss dən hər bir şəxs yaşadığı ərazi üzrə dərhal həkimə müraciət etməli və özünümüalicə ilə məşğul olmamalıdır.

- Yoluxma dinamikasını nəzərə alsaq mövcud vəziyyətdə Koronavirusun ikinci dalğası başlayır demək olarmı? Necə düşünürsüz, daha əvvəl tətbiq edilən SMS icazə sistemi yenidən aktivləşdirilməlidirmi? Nəzərə alaq ki, tətbiq edilən zamanlarda yoluxma dinamikası gözəgörünəcək tərzdə azalmışdı.

- Epidemioloji zəncirin qırılması üçün insanlar arasında təmasların azaldılası bu gün yeganə effektiv vasitədir. Bütün sərtləşdirilmə karantin tədbirləri də məhz buna yönəlib. Lakin hansı qərarın nə vaxt və nə məzmunda verilməsi Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətinə aid məsələdir. Onu da yaddan çıxarmayaq ki, bu cür qərarlar məsələnin yalnız tibbi deyil, iqtisadi və digər aspektləri də nəzərə alınmaqla toplanmış təcrübə əsasında kollegial qəbul olunur.

- Yoluxmanın artmasına səbəb xəstəliyi simptomsuz keçirən daşıyıcı rolu oynayan şəxslərdir? Əhali karantin qaydalarına laqeyd yanaşır, koronavirusa yoluxma sayı təhlükəli həddə çatır​. Onlara zəruri tövsiyələriniz nədir?

- Koronavirus infeksiyasını simptomsuz keçirən şəxslərin yoluxdurma qabiliyyəti xəstələnən şəxslərlə müqayisədə xeyli aşağıdır. Lakin onu da qeyd etmək lazımdır ki, belə şəxslərin sayı da kifayət qədərdir. Ona görə də hər bir yoluxma faktı təsdiqlənmiş insanın yaxın təmasları araşdırılır. Bildiyiniz ki, testlərin sayına görə biz bir çox ölkələri geridə qoymuşuq. Lakin məsələnin həlli yenə də karantin qaydalarına ciddi əməl olunmasından keçir. Laqeydlik halları indiki durumda yolverilməzdir. Hər hansı bir qayda o vaxt effektiv olur ki, əksəriyyət tərəfindən düzgün yerinə yetirilsin.Yalnız kollektiv məsuliyyət və nəzarətin gücləndirilməsi məsələnin həllinə kömək edə bilər.

Paylaş »
››› "Saysız düşmən əsgəri öldürdüm, balaca bir erməni körpəsinin həyatını xilas etdim”- Qazi
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyanın sosial şəbəkə trollarına verdiyi aylıq maaş məlum oldu
››› Şuşada əsir düşmüş xüsusi təyinatlımız: "Yaralarıma duz, istiot tökürdülər"
››› Professordan qovulan tələbə barədə açıqlama: "Rüşvətxorlar, qansoranlar at oynadır"
Son xəbərlər
Bütün xəbərlər »