Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Reuters: "Livan and-aman etsə də, erməni vətəndaşları Qarabağda döyüşür" - Foto
Dinc əhalimizi atəşə tutan düşmən bölmələrinin başına od yağdı

Ermənistan rəsmiləri Livandan Dağlıq Qarabağa erməni köçü, onlardan döyüşlərdə istifadə barədə deyilənləri zaman-zaman inkar etsə də, ortada konkret faktlar var. “Reuters” agentliyinin Livandan hazırladığı reportajda bundan bəhs olunur.

Bizimyol.info həmin materialın tərcüməsini təqdim edir:

Livandakı maliyyə böhranı Vartkesi bu yay Ermənistana getməyə vadar edəndə, Dağlıq Qarabağda döyüşmək üçün könüllü olacağını ağlına gətirmirdi.

Milliyyətcə erməni olan livanlı gəncin gəlişindən az sonra Azərbaycanla konflikt qızışdı və bu zaman o, heç ikinci dəfə düşünmədi.

“Mən elə həmin gecə getmək istəyirdim”,- telefonla müsahibə verən Vartkes “Reuters”ə belə deyib. O, xahiş edib ki, soyadı açıqlanmasın.

Onu orduya çağırmayıblar. Döyüşlərin getdiyi region beynəlxalq aləmdə Azərbaycanın tərkib hissəsi kimi tanınıb. Amma ermənilərin nəzarətindədir.

“Mən hiss edirəm ki, ölkə üçün nəsə etməliyəm”.

Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi bildirib ki, erməni diasporalarından bir çoxları könüllü kimi müraciət edib. Amma o, dəqiq rəqəm açıqlamayıb. Yerli hökumət təmsilçilərinin sözlərinə görə, Argentina və ABŞ-dan yüzlərlə adam döyüş hazırlığı üçün Ermənistana qayıdıb.

Dağlıq ərazidə, 25 ildir ən ölümcül döyüşlərin getdiyi bir yerdə başlayan hərbi əməliyyatlardan sonra bütün Ermənistanda kütləvi səfərbərlik elan olundu, qlobal diasporanı da bu prosesə qoşmağa məcbur etdilər.

Livanda təxminən 140 minə yaxın erməninin yaşadığı bildirilir. Ciddi valyuta böhranına baxmayaraq, erməni icması maliyyə torlayaraq, yardım göndərdi. Livandakı ermənilərin bir çoxu köklü orada yaşayanlardır. Onların ata-babaları 100 il əvvəl ora köçüblər.

Yerevanda döyüş təlimatçısı, yerli və xarici könüllüləri yetişdirən Karapet Ağacanyan “Reuters” agentliyinə təxminən 10 nəfər Livan ermənisinin düşərgəsində təlim keçdiyini bildirib. Onun sözlərinə görə, həmin şəxslər sentyabrın 27-də cəbhə bölgəsində vəziyyət gərginləşəndən sonra Livandan gəliblər.

Erməni icmasının üzvləri bildirib ki, erməni əsilli livanlıların bir çoxu hələ hərbi əməliyyatlar başlamamışdan bir neçə ay əvvəl Beyrutdan Yerevana getmişdilər. Livandakı iqtisadi böhran, ardınca avqust ayında Beyrut limanında 200 nəfərin ölümünə səbəb olan partlayış da bu miqrasiya prosesinə təkan verib.

Livan parlamentinin deputatı, Erməni İnqilab Federasiyası partiyasına rəhbərlik edən Akop Pakradunyan Livandan könüllüləri göndərən, yaxud onların qeydiyyatını aparan konkret təşkilat yoxdur.

Onun sözlərinə görə, gedənlərin sayı 20-dən çox deyil, onlar da sərbəst şəkildə hərəkət ediblər. Amma onun dediklərindən aydın olmadı ki, həmin şəxslər döyüşə çağrılıb, yoxsa yox.

“Son nəticədə biz onların qarşısını ala bilmərik. Biz onları fikirlərindən daşındırmağa çalışırıq. Bu, erməni xalqı üçün mövcudluq müharibəsidir. Ona görə də bir çox gənclər gedir”, - deputat bildirib.

Azərbaycan Dağlıq Qarabağın ermənilərin nəzarətində olmasını diqtə edən heç bir həll yolu ilə razılaşmır. Ermənilər isə həmin ərazinin onlara məxsus olduğunu iddia edir.

Livanın ermənilər yaşayan ən böyük şəhərlərindən olan Ancarda bələdiyyə sədri olan Varktes Xoşyan bildirib ki, bir çox ailələr maliyyə yardımı göndərib: “İnsanlar sahib olduqlarından da çox yardım ediblər. Biz hər dəqiqə xəbərləri izləyirik.

Döyüşlərdə Ancardan olan bir nəfər də ölüb – opera müğənnisi Kevork Haciyan.

74 yaşlı Sosse Haciyan, Qarabağda öldürülmüş opera müğənnisi Gevork Haciyanın anası 74 yaşlı Sosse Haciyan, Qarabağda öldürülmüş opera müğənnisi Gevork Haciyanın anası

Onun 74 yaşlı anası Sosse Haciyan deyir ki, bütün günü televizora baxır, ölənlərə görə ağlayırdı. Amma öz oğlunun cəbhədə olduğunu bilmirdi. Qardaşı onun ölümü haqda məlumat verəndə bundan xəbər tutub: “Mən oğlunu itirmiş anayam. Bu, həqiqətən çox çətindir. Amma mən fəxr edirəm ki, o, vətəninə görə ermənilərə qoşulmuşdu”.

Paylaş »
››› Ermənistan prezidenti Paşinyanı istefaya çağırdı
››› Ayaqlarını itirən erməni əsgər: “Kömək edən yoxdur”
››› Azərbaycan ordusunun düşmənə qarşı istifadə etdiyi unikal fənd
››› Paşinyan Ermənistanda daxili çəkişmələri dayandırmağa çağırdı
››› Suqovuşana çəkilən yeni yol minalardan təmizlənir
Son xəbərlər
Bütün xəbərlər »