Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda qanunsuz sahibkarlıq: “Hər bir halda mülki məsuliyyətin perspektivi uğurludur”
Qızıl mədəni - Vejnəli

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının işğal olunmuş Laçın, Kəlbəcər və digər işğal olunmuş rayonların ərazilərində erməni əsilli xarici dövlətlərin vətəndaşları olan şəxslərin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə Azərbaycan Respublikası Baş Prokurorluğunda cinayət işləri başlanıb.

Baş Prokurorluqdan verilən məlumata görə, həmin cinayət işlərindən biri – işğal olunmuş, lakin Milli Ordumuzun uğurlu əməliyyatları nəticəsində son günlərdə işğaldan azad olunmuş Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlı olub. Belə ki Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan "Base Metals" Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib.

Fərhad Mehdiyev Fərhad Mehdiyev

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, Azərbaycanın qızıl yataqlarından qanunsuz istifadə edənlərlə bağlı cinayət işinin açılması və onların beynəlxalq axtarışa verilməsi əsaslıdır və qanunidir.

“İstər erməni əsilli olsun, istər başqa millətdən olsun, beynəlxalq hüquqa əsasən Azərbaycanın ərazisi kimi tanınan torpaqlarda Azərbaycanın müvafiq dövlət orqanlarının icazəsini almadan şirkətlərin fəaliyyət göstərməsi birmənalı olaraq qanunsuz sahibkarlıq fəaliyyətidir. Ona görə də bizim qanunvericiliyin bütün normaları və sanksiyaları həmin fəaliyyətə tətbiq olunacaq. Yəni bu yerinə görə cinayət məsuliyyəti yarada bilər, yerinə görə inzibati məsuliyyət yarada bilər. Həmçinin mülki məsuliyyət də yarada bilər. Çünki onlar Azərbaycan Respublikasına maddi ziyan vurmaqla fəaliyyət göstəriblər.

Burada bir məsələ var. Ola bilsin ki cinayət məsuliyyətinin perspektivləri o qədər uğurlu alınmaya bilər. Amma mülki məsuliyyətin perspektivi hər bir halda çox uğurludur.

Həmin şirkətlərə qarşı həmin şirkətin ofisinin qeydiyyatda olduğu ölkədə maddi iddia qaldıraraq təzminat tələb etmək mümkündür. Şirkət sahiblərinə qarşı cinayət məsuliyyəti ilə bağlı tələblər irəli sürülə bilər. Bunun perspektiv uğurlu olmasa da, cəhd etməyə dəyər”,-deyə F.Mehdiyev bildirib.

Hüquqşünas qeyd edib ki, qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı təzminat tələbi iddiasına əsasən həmin şirkətlərin və onların sahiblərinin əmlakına həbs qoyula bilər.

Ramid İbrahimov

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Qarabağda Azərbaycan polkovniki şəhid oldu, Rusiya sülhməramlısı yaralandı
››› Fransa mətbuatı: "Məğlubiyyət sindromu fəlakət həddindədir - Ermənistan dibə çöküb"
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Korpus komandirinin müavini, polkovnik Babək Səmidli şəhid olub - Foto
Son xəbərlər
Bütün xəbərlər »