Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evdən 7 kiloqramdan artıq marixuana aşkarlanıb
Narkotik

Sabirabad sakinindən 7 kiloqram qurudulmuş marixuana götürülüb.

Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, nazirliyin Baş Narkotiklərlə mübarizə idarəsinin əməkdaşları tərəfindən Sabirabad rayonunda keçirilən əməliyyat zamanı Sabirabad rayonu Cəngan kənd sakini, 1981-ci il təvəllüdlü Elman Xanbala oğlu Muradov saxlanılıb. Onun üzərinə baxış zamanı 30 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Əməliyyatın davamı olaraq E.Muradovun yaşadığı Cəngan kəndindəki evindən isə 7,245 kiloqram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

E.Muradov ifadəsində yaşadığı evin həyətində sonradan qurudub satmaq məqsədi ilə narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Paylaş »
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› Erməni komandir bizim zabitə: “Bu torpaq sizindir, necə desəniz, elə edəcəyik” - Video
››› Naxçıvanda şəhid atası oğlunun tabutu önündə qurban kəsib - Video
››› Paşinyan etimad referendumu keçirmək istəyir
››› Erməni keşişlər Xudavəngdə alban-udilərin ibadətinə mane olmağa cəhd edib - Video
Son xəbərlər
Bütün xəbərlər »