Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilərin ehtiyatları tükənmək üzrədir: “Yaxın günlərdə böyük qələbənin müjdəsi gələcək”
Vahid Quliyev - Milli Qəhrəman

Müdafiə Nazirliyi hər gün cəbhədə son vəziyyəti açıqlayır. Bu gün açıqlanan son məlumata əsasən düşmənin silah, sursat, ərzaq ehtiyatları tükənmək üzrədir. Avtomobil və digər hərbi texnika üçün ehtiyat hissələri çatışmır.

Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Vahid Quliyev Bizimyol.info-ya bildirib ki, Ermənistanın havadarları ehtiyatları tükənmək üzrə olan düşməni silahlarla təmin etməkdə davam edir.

“Ermənistanın havadarları işğalçını sakit durmağa imkan vermir. Onlar istəmirlər ki müharibə tezliklə qurtarsın. Hər iki tərəfin ehtiyatlarının tükənməsi üçün düşmənə dəstək verməyə davam etdirlər”,-deyə V.Quliyev bildirib.

Hərbi ekspert deyib ki, Laçin dəhlizi bağlanandan sonra işğalçı hərbi-siyasi rəhbərliyin ordusunu təmin etmək üçün yolu bağlı olacaq: “Yaxın günlərdə böyük qələbənin müjdəsi gələcək”.

Ramid İbrahimov

Paylaş »
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
Son xəbərlər
Bütün xəbərlər »