Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan antirusiya kampaniyasına start verdi
Nikol Paşinyan və Vladimir Putin

Qarabağ müharibəsində məğlubiyyətini anladıqdan sonra Ermənistan Rusiyanı açıq şəkildə ittiham etməyə başlayıb. Soros Fondunun maliyyələşdirdiyi hökumətyönlü siyasətçi Stepan Qriqoryan açıq şəkildə Rusiyanı etibarlı mütəffiq olmamaqda qınayıb.

Bizimyol.info Politvesti.ru nəşrinə istinadən xəbər verir ki, Qriqoryan Rusiyanı etibarsız tərəfdaş olmaqda ittiham edərək, silahlarının türk silahlarından geri qaldığını bildirib.

"Rusiya Qarabağ müharibəsində Ermənistanı dəstəkləmədi. Bu Yerevana dərs olmalıdır. Eşidin, bilin, Rusiya bizi atır, Dağlqı Qarabağaı atır",- deyə Regional və Qlobal Əməkdaşlıq üzrə Analitik Mərkəzin direktoru Qriqoryan UKRLIFE.TV-ə müsahibəsində bildirib.

O xatıtrladıb ki, Ermənistan BMT-də hətta öz milli maraqlarına ziyan vuraraq həmişə Rusiyanı müdafiə edib. Yerevan həmişə Ukrayna və Gürcüstan problemlərində Rusiyanı müdafiə edib.

"Ermənistan Rusiya üçün çox ciddi qurbanlar verib, addımlar atıb. Rusiyaya görə ABŞ, Avropa, Ukraina, Gürcüstan bizdən incidi. Bütün bunlardan sonra Rusiya bizi Qarabağda dəstəkləmədi. Bu hamımıza dərs olmalıdır. Rusiyaya meyillənmək , çürük budağa söykənməkdir. Qarabağ mühariəsi göstərdi ki, Rusiyanın bizə verdiyi silahlar İsrail və Türkiyə silahlarından çox geri qalır. Müharibə Türkiyə ordusunun Rusiya ordusundan güclü olduğunu göstərdi",- deyə o qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Erməni valideynlər İlham Əliyevdən kömək istəyir
››› Lavrov Dnestryanıdan Rusiya qoşunlarının çıxarılmasının nəticələri ilə bağlı xəbərdarlıq edib
››› Cərrah: Şuşa alınandan sonra 3 gün əməliyyatdan çıxmadıq - Foto
››› Müharibə qurtardı: Sonrakı mərhələ nə olacaq?..
››› NATO Baş katibindən Dağlıq Qarabağda və onun ətrafında hərbi əməliyyatların dayandırılması ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »