Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Berlində məşhur pivə evi Merkeli qara siyahısına saldı
Angela Merkel

Berlində “Standige Vertretung” pivə evi Almaniya kansleri Angela Merkeli qara siyahıya salıb.

Bu barədə müəssisənin sahibləri Yorn Peter Brinkmann və Jan Filip Bubinger “Facebook”da bildiriblər.

Restoranlar Almaniyada iaşə müəssisələrinin fəaliyyətini qadağan edən karantinin tətbiq edilməsindən qəzəbləniblər.

Onlar Robert Kox İnstitutunun iaşə müəssisələrinin infeksiyaya yoluxmada 3 faizi aşmadığına istinad edirlər.

Brinkmann və Bubinger bildiriblər ki, hökumət tərəfindən heç bir addım atılmadı və həkimlərin indi var gücləri ilə çalışacağı gözlənilən idi.

Sahibkarlar qeyd edib ki, bir çox siyasətçi onların pivə evinin qonağı olub.

Qeyd edək ki, 28 oktyabrda Almaniya kansleri bütün Almaniya üçün sərt tədbirlər və karantin elan edib. Kanslerin qərarına əsasən, 2 noyabrdan etibarən ölkədə restoranlar, barlar, kinoteatrlar və digər əyləncə müəssisələri bağlanacaq.(oxu.az)

Paylaş »
››› Çavuşoğlu ilə Pompeo arasında mübahisə yaşandı
››› Gözünü itirən qazimiz həkimin davranışından şikayət edir- Video
››› Əsl qəhrəman olduğunu ölüm kağızından öyrəndi: "Qovuşduq nə çətin, ayrıldıq nə asan..."
››› Paşinyan: “44 gün ərzində Putinlə daim əlaqə saxlayırdım”
››› Nazirlikdən Xankəndi ilə bağlı vacib açıqlama
Son xəbərlər
Bütün xəbərlər »