Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın ABŞ-dakı səfiri ölkəmizə qarşı səsləndirilən qərəzli iddialara cavab verib
Elin Süleymanov

ABŞ-ın “Washington Times” qəzetinə müsahibəsində Azərbaycan səfiri Elin Süleymanov son zamanlar bəzi mətbu orqanlarında guya ki, Azərbaycan və Ermənistan arasında gedən döyüşlərdə suriyalı muzdluların iştirak etməsi kimi qərəzli və əsassız iddialara cavab verərək bunun Sovet sayağı propoqanda olduğunu bildirib.

Azərbaycanın ABŞ-dakı Səfirliyindən APA-ya verilən məlumata görə, səfir qeyd edib ki, Ermənistan tərəfinin bu kimi cəfəng iddialar yaymaqda əsas məqsədi üçüncü tərəfi münaqişəyə birbaşa cəlb etmək üçün bəhanə yaratmaqdır. Səfir “Waşinqton Post” və digər mətbu orqanlarında yayılan məlumatların faktlara əsaslanmamasını, eləcə də döyüşlərin başlamasından 1 ay müddət keçməsinə baxmayaraq, bu iddiaların heç bir sübutunun tapılmamasını vurğulayıb. Azərbaycan silahlı qüvvələrinin belə döyüşçülərin köməyinə ehtiyacı yoxdur, - deyə səfir bildirib.

E.Süleymanov təəssüflə bildirmişdir ki, faktların yoxlanılmaması və “tənbəl” jurnalistika” bu kimi saxta iddiaların qərb mediasında yayılmasına səbəb olmuşdur.

Sözügedən məqalə ilə https://www.washingtontimes.com/news/2020/nov/1/elin-suleymanov-azerbaijan-ambassador-denies-syria/?fbclid=IwAR1v6-kdJPf-qhir3JJ6ek9BTAqATbYDERJRvuMdkO4OQC9PNJYmMeI4DBg internet səhifəsindən tanış olmaq mümkündür.

Eyni zamanda nüfuzlu “Neweek” jurnalına ABŞ-dakı prezident seçkilərini şərh edən səfir Süleymanov bildirib ki, Azərbaycan bu seçkilərdə tərəf tutmur, lakin seçkilərdən kimin qalib gələcəyindən asılı olmayaraq, gələcək adminstrasiya bölgəmizdə sülhün bərqərar edilməsi üçün obyektiv, qərəzsiz və balanslı vasitəçi olmalıdır.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »