Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilərin atdıqları top mərmisi, idarə olunan raket aşkarlandı
Ermənilərin atdıqları top mərmisi, idarə olunan raket aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağcabədi, Füzuli, Goranboy və Tərtər ərazisində mərmilərin aşkar olunması barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən 14 müraciət daxil olub.

ANAMA-dan “Report”a verilən məlumata görə, daxil olmuş 14 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağcabədi rayonunun Qaradolaq, Hacılar kəndləri, Füzuli rayonunun Arayatlı, Alxanlı, Şükürbəyli kəndləri və Horadiz şəhəri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Tərtər rayonunun Buruc kəndi, Şah, Şıxarx, Narlıq qəsəbələri və Ş.İ.Xətai küçəsi ərazisinə Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 17 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilmişdir.

Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 125 mm-lik top mərmisi (OF-26), 1 ədəd idarə olunan raket, 1 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator və 41 ədəd partlamış mərmi qalıqları aşkar olunub.

Agentliyin mina təhlükəsinə dair maarifləndirmə üzrə mütəxəsisslər tərəfindən 42 777 nəfər mülki şəxs arasında mina təhlükəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Paylaş »
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Ermənistan parlamentində dava düşüb - Video
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Şuşada 2 min erməni əsgərin cəsədi... - Video
Son xəbərlər
Bütün xəbərlər »