Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağdan olan diplomat Serbiya telekanalında erməni təcavüzündən danışıb - Video
Elvin Əlizadə

Ölkəmizin işğal olunmuş Kəlbəcər rayonundan olan Azərbaycan Respublikasının Serbiyadakı Səfirliyinin üçüncü katibi Elvin Əlizadə Serbiyanın “RTS 1” dövlət televiziyasının “Oko Magazin” verilişinə yerli dildə müsahibə verib.

Azərbaycan Respublikasının Serbiya Respublikasındakı Səfirliyindən “Report”a verilən məlumata görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sualları cavablandıran E.Əlizadə müsahibəsində diplomat kimi deyil, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində məcburi köçkün düşmüş insan kimi çıxış etdiyini bildirib.

Əslən Dağlıq Qarabağın ətraf rayonu, Azərbaycanın ən gözəl bölgələrindən biri - Kəlbəcər şəhərindən olduğunu, cəmi iki yaşında ikən ailəsinin yaşadığı doğma Kəlbəcər şəhərini tərk etməyə məcbur qaldığı barədə danışan E.Əlizadə həmin vaxt bildiyi tək bir anlayışın “bura bizim evimizdir” olduğunu söyləyib. İndiyədək də şəxsiyyət vəsiqəsində Kəlbəcər şəhərində yaşadıqları evin ünvanının yazıldığını və yaxın zamanda ailəsinin öz doğma yurduna qayıdacağını əminliklə qeyd edib.

E.Əlizadə Ermənistan silahlı qüvvələrinin ölkəsinin tarixi ərazilərini işğal etməsi nəticəsində bir milyondan çox azərbaycanlının öz yurdlarından didərgin salınaraq 30 ilə yaxın müddətdə qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur qaldığını və öz doğma ərazilərindən məhrum olduğunu qeyd edib. Diplomat aparıcının sualına cavabında Ermənistandan tanışı olmadığına baxmayaraq, azərbaycanlıların erməni xalqı ilə ədavət etmədiyini diqqətə çatdırıb.

E.Əlizadə ilə yanaşı, sözügedən verilişə müsahibə verən Serbiya Respublikasının vətəndaşı, uzun zaman Azərbaycan milli futbol komandasında oynamış tanınmış futbolçu Branimir Subaşiç öz növbəsində Serbiya ilə Azərbaycan arasında mövcud dostluq münasibətlərindən bəhs edib. Futbolçu uşaqların axıdılan göz yaşına qiymət verilmədiyini, şəxsən özünün müharibə tərəfdarı olmadığını və bu münaqişənin tezliklə başa çatması arzusunda olduğunu bildirib.

Verilişin əvvəlində Belqrad şəhərində yerləşən “Taşmaydan” parkının video təqdimatı olunaraq, parkın ərazisində Serbiyanın dahi yazıçısı Milorad Paviç və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin heykəlinin ucaldıldığı, ölkəmizin son zamanlar Serbiyada iqtisadi sahədə daha aktiv fəaliyyət göstərdiyi qeyd edilib.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Erməni siyasətçi: “Azərbaycana 50 milyard dolların əvəzinə Zəngəzur veriləcək”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› Fransa XİN: “Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir”
Son xəbərlər
Bütün xəbərlər »