Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qurban Qurbanov: "Ağır səfərdən sonra istədiyimiz nəticəni qazandıq"
Qurban Qurbanov

"Yaxşı oyunla vacib qalibiyyət əldə etdik. Çətinliklər oldu, 90 dəqiqə tempi saxlamaq olmur. Amma oyunçular səbrlə qələbə haqqında düşünə bildilər. Onları təbrik edirəm. Ağır səfərdən sonra istədiyimiz nəticəni qazandıq. 3 xala layiq idik".

"Report" xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın VIII turunda evdə "Keşlə"ni 6:1 hesabı ilə məğlub etdikləri matçdan sonra mətbuat konfransında deyib.

48 yaşlı mütəxəssis bildirib ki, hər bir qələbə oyunçulara böyük inam verir: "Psixoloji baryeri aşmaq üçün qalibiyyət lazımdır. Bu gün komandanı toparlaya bildik, məşq etmək üçün vaxtımız az idi. Danışıb oyunçuları ələ aldıq. Bu gün meydana yeni futbolçular buraxdıq. Onların da bizə köməkliyi dəydi. Qələbə həqiqətən lazım idi.

İstədiyimiz nəticəni qazana bilməyəndə bizə çox pis təsir edir. Nə qədər desəm də hər şey qaydasındadır, amma oyunçuların beynində avrokubok oyunundan sonra gərginlik qalır".

Təcrübəli baş məşqçi zədəli oyunçuların durumu haqqında danışıb: "Xayme Romero isinmə hərəkətlərində özünü yaxşı hiss etmədi. Həkimlərlə danışdıq və məsləhətləşmələrdən sonra risk etmək istəmədik. Nə qədər desək ki, zədəlilər sağalıb, amma baxırıq ki, formalarından uzaqdırlar. Onlar 2-3 matçdan sonra özlərini tam hazır hiss edəcəklər. Amma sıraya dönmələri sevindiricidir və Avropa Liqasının III turunda səfərdə "Sivasspor"la matça hazır heyətlə çıxacağıq".

Təcrübəli baş məşqçi qapıçı Emil Balayevin özünü yaxşı tərəfdən göstərdiyini söyləyib: "Qolu buraxmazdan əvvəlki epizoda görə ona etirazımı bildirdim. Rəqibin təzyiqi var idi, həmin anda daha təcrübəli olmalı və oyunun tempini hiss etməli idi. Tək Balayevə yox, bir iki oyunçuya etirazımı bildirdim".

Paylaş »
››› "Azərbaycan əsgərləri qayıdanda vəziyyətin başqa cür olacağını deyiblər" - Erməni mətbuatı
››› Azərbaycana qarşı siyasi qərar: Mxitaryana göz yuman UEFA "Qarabağ"ı cəzalandırdı
››› Ermənistan parlamentində dava düşüb - Video
››› "Türk qoşunları Azərbaycana dəvət olunmalıdır: Rusa güvənmək olmaz"
››› “Associated Press”in Ağdamdan reportajı: “Sanki 12 bal gücündə zəlzələ baş verib”
Son xəbərlər
Bütün xəbərlər »