Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda səslərin 58,54 faizi sayılıb, müxalifət nəticələri qəbul etmir
seçki

Oktyabrın 31-də Gürcüstanda keçirilən parlament seçkilərində hakim Gürcü Arzusu Partiyası liderlik edir.

APA-nın verdiyi məlumata görə, Gürcüstan Mərkəzi Seçki Komissiyası səslərin 58,54 faizinin hesablandığını, Gürcü Arzusu Partiyasının 49,32 faiz səs topladığını açıqlayıb.

Mixeel Saakaşvilinin Vahid Milli Birlik Partiyasının daxil olduğu müxalif Güc və Birlik bloku 25,94 faiz səs toplayıb. Parlamentə Avropa Gürcüstanı, Vətənpərvərlər Alyansı, Lelo, Qirçi, Aqmaşenebeli Strategiyasıvə Vətəndaş partiyaları da daxil olub.

Sabiq spiker Nino Burcanadzenin Vahid Gürcüstan Partiyası parlamentdə təmsil olunmaq üçün 1 faizlik səs baryerini aşa bilməyib. Bundan əlavə, 30 birmandatlı dairənin 15-də seçkilərin ikinci turu keçiriləcək.

Müxalifət partiyaları seçkilərin ilkin nəticələri açıqlandıqdan sonra nəticələri qeyri-legitim saydıqlarını, total saxtakarlığa yol verildiyini bəyan edib və tərəfdarlarını bazar günü Tbilisinin mərkəzinə toplaşaraq etiraz aksiyası keçirməyə çağırıb.

Qeyd edək ki, Gürcüstanda deputatlar 4 illik müddətə seçilir. 150 deputatdan 130-u partiya siyahısı ilə proporsional qaydada, 30 deputat isə majoritar dairələrdən seçilir. Partiyalar üçün parlament seçkilərində baryer 1 faiz müəyyənləşdirilib, majoritar dairələrdə isə qələbə üçün hər hansı namizəd 50 faizdən çox səs toplamalıdır. Təkbaşına hökumət qurması üçün hər hansı partiya seçkilərdə səslərin 40 faizindən çoxunu toplamalıdır.

Paylaş »
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Ermənilər: “Azərbaycanlı əsgərlər gəlib Xankəndidə marketdən alış-veriş edirlər”
››› Paşinyan sərxoş halda əsgərlərə vacib yüksəkliyə hücum əmri veribmiş
››› Ermənistanlı nazir: “Niyə Əliyevin açıqlamalarını oxuyursunuz, amma bizimkini yox?”
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
Son xəbərlər
Bütün xəbərlər »