Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 37 nəfərə çatıb”
Ərdoğan: “İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 37 nəfərə çatıb”

“Hazırda İzmirdəki zəlzələdə həyatını itirənlərin sayı 37 nəfərə çatıb, xəsarət alanlar 885 nəfərdir”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu İzmirdəki təbii fəlakətin nəticələri ilə daha yaxından tanış olmaq üçün İzmirin Seferhisar rayonuna gedən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan bildirib ki, yaralılardan 667-si evə buraxılıb, onlardan 218-nin hazırda müalicəsi davam edir: “Dağıntılar altında qalan 103 nəfər xilas edilib”.

Türkiyə Prezidenti deyib ki, zəlzələdən zərər çəkənlərin yaşayış və qida ehtiyaclarının yetərincə ödənməsi üçün tədbirlər görülür.

Son xəbərlər
Bütün xəbərlər »