Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Korotçenko: "Hər şey sadədir. Çünki Qarabağ Ermənistan deyil, Azərbaycandır"
İqor Korotçenko

"Əgər Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın prezident Vladimir Putinə Qarabağa Rusiya qoşunları göndərməsi və ya uçuşsuz zona tətbiq etməsi xahişi ilə bağlı müraciətinə cavab bəyanatını diplomatik dildən məişət dilinə tərcümə etsək, görərik ki, Rusiya XİN Paşinyana nəzakətli şəkildə yox deyib".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Milli Müdafiə jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Rusiya XİN-in Paşinyanın Rusiya prezidentinə kömək müraciəti ilə bağlı bəyanatını şərh edərkən bildirib.

"Niyə? Hərşey sadədir. Çünki Qarabağ Ermənistan deyil, Qarabağ Azərbaycandır. Rusiya beynəlxalq hüquqa hörmət edir və Azərbaycanın ərazi bütövlüyünü tanıyır", - deyə rusiyalı hərbi ekspert vurğulayıb.

Qeyd edək ki, bu gün Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Baş naziri Nikol Paşinyanın Rusiya Prezidenti Vladimir Putinə müraciəti ilə bağlı bəyanat yayıb.

Bəyanatda Rusiyanın qarşıdurmalar birbaşa Ermənistan ərazisinə keçərsə, İrəvana lazım olan bütün köməkləri göstərəcəyi vurğulanıb.

Paylaş »
››› Şuşadan gedən ermənilər şikayətlənir: “On gündən bir yardım...”
››› İrəvan ağıllanmadı: Bakıya 4 şərt irəli sürdü - İnanılmaz
››› Rəsmi açıqlama: Bu evi SOCAR sökməyib
››› "Dağlıq Qarabağda neft yataqları var" - Ekspert
››› İntihara cəhd göstərən ərini xilas edərkən ölümünə səbəb oldu
Son xəbərlər
Bütün xəbərlər »