Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın Azərbaycanın dinc yaşayış məntəqələrinə vurduğu ziyan açıqlanıb
Vüsal Qasımlı

"Ermənistan döyüş, diplomatiya və informasiya savaşında uduzur. Yeganə əl atdığı vasitə Azərbaycanın dinc yaşayış məntəqələrini atəşə tutmasıdır".

“Report” xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İcraçı direktoru Vüsal Qasımlı brifinqdə bildirib.

Onun sözlərinə görə, sentyabrın 27-dən başlayaraq oktyabrın 30-u saat 08:00-ə qədər Ermənistan tərəfindən Azərbaycanın 182 yaşayış məntəqəsinə 27 mindən artıq mərmi və 218 raket zərbəsi atılıb: “Həmin müddət ərzində Azərbaycanın 91 mülki vətəndaşı həlak olub, 396 nəfər müxtəlif xəsarət alıb. 2 424 obyekt, 92 çoxmənzilli bina ziyan çəkib, 13 kommunikasiya infrastukturu sıradan çıxarılıb, 17 dini obyektə, o cümlədən məscid və kilsəyə ziyan dəyib".

O əlavə edib ki, Ermənistanın Azərbaycana atdığı raketlərin ən çoxu Goranboy rayonuna düşüb: "Füzuliyə 34, Bərdəyə 30, Tərtərə 18, Ağcəbədiyə 14 raket, Gəncəyə 22 raket olmaqla bütövlükdə Azərbaycana 218 raket endirilib. Ermənistanın Azərbaycana atdığı ümumi mərmi sayı 27 min 308-ə bərabərdir və ən çox mərmi Tərtər rayonuna endirilib".

Paylaş »
››› Rusiya mətbuatı: Erməni silahlılar Kəlbəcərdən çıxmaq istəmir - yeni müharibə təhlükəsi var
››› Millət vəkili Ramil Həsənin həyat yoldaşı axtarışa verilib
››› Kişiyə hamilə diaqnozu qoyulması ilə bağlı TƏBİB-dən rəsmi açıqlama
››› Qərb mətbuatı: “Türk dronlarının qarşısını rus müdafiə sistemləri ala bilmir”
››› Hamının axtardığı əsgər tapıldı - Video
Son xəbərlər
Bütün xəbərlər »