Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə zəlzələ: Dağıntılar altında ana və dörd övladının sağ olduğu bilindi
Türkiyədə zəlzələ: Dağıntılar altında ana və dörd övladının sağ olduğu bilindi

Türkiyənin İzmir əyalətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 26-ya, xəsarət alanların sayı isə 885-ə yüksəlib.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) verilən məlumata görə, dağıntılar altından 100-dən çox insan çıxarılıb.

İzmirdə məktəblər bir həftəlik bağlanıb.

Qeyd edək ki, oktyabrın 31-də İzmirdə 6,6 bal gücündə zəlzələ olub.

Son anda verilən məlumatda bildirilir ki, zəlzələnin baş verməsindən 23 saat keçmiş dağıntılar altında qalan  ana və dörd övladının olduqları yer müəyyənləşib. Üçüncü mərtəbədə yaşayan Seher Dereli Perinçek övlarları ilə birlikdə, sağ olduğunu bildirib. Xilasetmə briqadası indi onları xilas etməyə çalışır.

Son xəbərlər
Bütün xəbərlər »