Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FHN-nin Mülki müdafiə işinin təşkili Baş idarəsi erməni təcavüzü ilə bağlı görülən tədbirləri açıqlayıb
Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar Nazirliyinin Nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsinin, eləcə də Gəncə, Aran və Qarabağ Regional Mərkəzlərinin yüksək rütbəli zabitləri tərəfindən Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Tərtər, Ağdam, Füzuli, Ağcabədi, Bərdə, Yevlax rayonlarının və Gəncə şəhərinin əhalisi arasında mülki müdafiə və təhlükəsizlik tədbirləri üzrə maarifləndirmə işləri aparılıb.

Mülki müdafiə işinin təşkili Baş idarəsinin rəisi, general-mayor Niyazi Zamanovun APA-ya verdiyi xəbərə görə, maarifləndirmə tədbirləri yerli icra hakimiyyətlərinin başçıları, fövqəladə hallar komissiyalarının sədrləri, Müdafiə Nazirliyinin və digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə əhaliyə fövqəladə hallar zamanı, eləcə də müharibə şəraitində davranış qaydaları, düşmən atəşinin təsirindən qorunmaq məqsədilə kənd sakinlərinin həyətyanı sahələrində yaradılmış müvəqqəti daldalanacaqlardan düzgün istifadə olunması, mümkün qədər həmin daldalanacaqların daha da təkmilləşdirilməsi, həmçinin qorunub saxlanılması, zərurət yarandıqda təxliyə zamanı Müdafiə Nazirliyinin hərbi texnikalarının daşınması üçün nəzərdə tutulmuş əsas magistral yollardan deyil, vətəndaşlar üçün ayrılmış alternativ yollardan istifadə olunması, insanlar arasında ruh yüksəkliyinin artırılması və bu kimi digər mühüm məsələlərin şərh olunması istiqaməti üzrə keçirilib.

N. Zamanov qeyd edib ki, mülki müdafiə işinin təşkili Baş idarəsinin əməkdaşları Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən “Mingəçevir şəhər əhalisinin daldalanması və təxliyə edilməsi planı”nın hazırlanmasına metodiki və əməli köməkliyin göstərilməsi məqsədilə Mingəçevir şəhərinə ezam olunub və müvafiq tədbirlər həyata keçirilib.

İlk növbədə Fövqəladə Hallar Nazirliyinin, Mingəçevir Şəhər İcra hakimiyyəti başçısının və aparatının əməkdaşlarının iştirakı ilə keçirilmiş müşavirədə düşmən tərəfindən hava hücumu ehtimalı olduqda təhlükə altında qalan əhalinin zirzəmilərdə daldalanması və ya təhlükəsiz ərazilərə təxliyəsinin reallığı, həmçinin bu işlərin görülməsi üçün mövcud imkanlar hərtərəfli təhlil edilib. Şəhər əhalisinin etibarlı mühafizəsinin təmin olunması məqsədilə əhalinin xəbərdar edilməsi üçün şəhər icra hakimiyyəti ilə hərbi komandanlıq orqanları arasında qarşılıqlı fəaliyyətin təşkil olunması, elektrik sirenalarının eyni vaxtda qoşulması, insanların təxliyə olunması və zirzəmilərdə yerləşdirilməsi ilə bağlı hesabatların hazırlanması, eyni zamanda əhalinin hava həyəcanı zamanı davranış qaydalarının müəyyən olunması ilə bağlı konkret təkliflər verilib: “Mingəçevir şəhərinin ərazisinə düşmən hücumu zamanı şəhər idarəetmə orqanlarının idarə edilməsi, onların qarşılıqlı və birgə fəaliyyət mexanizmi, əməliyyat qərargahının fəaliyyətinin təşkili, rabitə və xəbərdarlıq sisteminin hazır vəziyyətə gətirilməsi, əhalinin xəbərdarlığı, daldalanması və təxliyə olunması qaydaları, hərtərəfli təminat, ictimai asayişin qorunması, təxliyə tədbirlərinə cəlb olunan idarə, müəssisə və təşkilatların və onların qüvvə və vasitələrinin tətbiqi, hesabatlar, idarəetmə sxemləri, xəritələr, əhalinin zirzəmilərə yerləşdirilməsinə cavabdeh şəxslərin adlı siyahısı, əhalinin daşınmasına ayrılmış nəqliyyat vasitələrinin sayı, təxliyə marşrutları, toplanma məntəqələri, cəmləşmə rayonları barədə məlumatları və maarifləndirmə məsələlərinə dair müvafiq plan işlənib hazırlanıb.

Eyni zamanda, Mingəçevir şəhər əhalisinin hava hücumuna məruz qalması zamanı əhalinin operativ xəbərdar edilməsi məqsədilə “HAVA HƏYƏCANI” siqnalının vaxtında verilməsi, elektrik sirenaları olan idarə, müəssisələrdə növbətçiliyin təşkil olunması, bu obyektlərə xüsusi telefon xətlərinin ayrılması və Avtomat Telefon Stansiyasından növbətçilərə eyni vaxtda zəng edilməklə sirenaların qoşulmasının texniki cəhətdən mümkün olduğu təklif olunub. Şəhər Telekommunikasiya Qovşağı tərəfindən təkliflər araşdırılıb və müsbət qiymətləndirilərək mövcud olan 13 ədəd elektrik sirenasının növbətçilər tərəfindən eyni zamanda operativ olaraq qoşulması təmin olunub.

Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının və aparatının məsul vəzifəli şəxslərinin iştirakı ilə planın təqdimatı keçirilib. Təqdimat zamanı İdarə əməkdaşları tərəfindən idarəetmə orqanlarının və əhalinin xəbərdarlığı, əməliyyat qərargahının fəaliyyətinin təşkili, qərargah üzvlərinin şəhər icra hakimiyyəti başçısının ehtiyat idarəetmə məntəqəsinə toplanması, müvafiq tədbirlərin yerinə yetirilmə ardıcıllığı, ərazi və sahə idarəetmə orqanlarının nümayəndələri, müəssisə və təşkilatların idarə olunması ilə bağlı məsələlər barədə toplantı iştirakçıları məlumatlandırılmış, eləcə də qarşılıqlı və birgə fəaliyyət mexanizmləri, qüvvə və vasitələrin fəaliyyət istiqamətləri üzrə bölünməsi, nəqliyyat vasitələrinin tətbiqi, hərtərəfli təminat məsələləri, tapşırıqların yerinə yetirilməsi qaydaları üzrə müvafiq sənədlərin tərtibatı onlara nümayiş olunub”.

O qeyd edib ki, Gəncə, Mingəçevir, Naftalan, Bərdə, Yevlax, Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və digər rayonlarda rayon mərkəzləri və kəndlərdə kollektiv mühafizə qurğularının (sığınacaq, radiasiya əleyhinə daldalanacaq və zirzəmilərin) əhalinin mühafizəsi üçün hazırlıq səviyyəsinin, tutumunun, əhalinin xəbərdarlığı vasitələrinin (rabitə xəbərdarlıq sisteminin), kommunal təsərrüfatı, mövcud infrastruktur və kommunikasiya sistemlərinin, nəqliyyat təşkilatlarının və səhiyyə müəssisələrinin və onların fövqəladə hallar zamanı cəlb ediləcək qüvvə və vasitələrinin mövcud vəziyyətinin müəyyən edilməsi, həmçinin əhalinin təxliyəsi üçün alternativ yolların, əhalinin maarifləndirilməsi üçün ərazilərin seçilməsi, bir sıra şəhər və rayonlarda fövqəladə hallar zamanı təhlükə potensialı daşıyan ərazilərdən əhalinin təxliyəsi planlarının hazırlanması ilə bağlı tədbirlər həyata keçirilmiş, eləcə də dinc və ya müharibə dövrlərində baş verə biləcək iri miqyaslı fövqəladə hadisələrə hazırlığın daha da artırılması məqsədilə müvafiq tədbirlər görülüb: “Müvafiq dövlət qurumları ilə birgə keçirilən görüşlərdə dinc və müharibə dövrlərində əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilməli olan mülki müdafiə tədbirləri barədə məlumat verilməklə fövqəladə hadisələr zamanı mülki müdafiə tədbirlərinin qısa müddətdə və mütəşəkkil surətdə yerinə yetirilməsi üçün onların icrasının əvvəlcədən planlaşdırılmasının vacibliyi, köçürülmə tədbirlərinin planlaşdırılması (təhlükəsiz zonaya köçürülmə, toplanma və yerləşmə yerlərinin müəyyən edilməsi), işçilərin fərdi mühafizə vasitələri ilə təchiz edilməsi və onların istifadə edilməsi qaydaları, etibarlı yerli xəbərdarlıq sisteminin təmin edilməsi, işçilərin mühafizə qurğularında daldalanması və mühafizə qurğuları ehtiyatının yaradılması, onlara mühafizə üsullarının öyrədilməsi barədə geniş məlumat verilib.

Nazirliyin regional mərkəzlərinin əhatə etdikləri şəhər və rayonlarda mülki müdafiə obyektlərinin, qüvvələrinin, rabitə və xəbərdarlıq vasitələrinin daim hazır vəziyyətdə saxlanılması üçün müvafiq tədbirlərin görülməsi, ərazilərdə qurulmuş sadə daldalanacaqların istifadəyə yararlı vəziyyətdə qalması və təkmilləşdirilməsi, həmçinin real vəziyyəti nəzərə alaraq yerli icra hakimiyyəti orqanları ilə qarşılıqlı fəaliyyətdə təxliyə planlarının hazırlanması, əhalinin təhlükəsizliyinin təmin edilməsi üzrə maarifləndirmə tədbirlərinin gücləndirilməsi işlərinin təşkil olunması, eləcə də digər mülki müdafiə tədbirlərinin yerinə yetirilməsində əməli köməkliyin göstərilməsi, həmçinin görülmüş işlər barədə məlumatların mütəmadi olaraq Mülki müdafiə işinin təşkili Baş idarəsinə təqdim edilməsi ilə bağlı aidiyyəti regional mərkəzlərə məktublar ünvanlanıb”.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »