Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Respublika Neyrocərrahiyyə Xəstəxanasına yeni baş həkim təyin edilib
Respublika Neyrocərrahiyyə Xəstəxanasına yeni baş həkim təyin edilib

TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlının müvafiq əmri ilə Fərid Vahid oğlu Təqdirov Respublika Neyrocərrahiyyə Xəstəxanasına baş həkim vəzifəsinə təyin edilib.

TƏBİB-dən verilən məlumata görə, Fərid Təqdirov 1996-2002-ci illərdə Azərbaycan Dövlət Tibb Üniversitetinin Müalicə işi fakültəsində təhsil almış, 2002-2003-cü illərdə Respublika Neyrocərrahiyyə Xəstəxanasında neyrocərrahiyyə ixtisası üzrə internatura keçib.

İlk əmək fəaliyyətinə Respublika Neyrocərrahiyyə Xəstəxanasında nevrocərrah kimi başlayıb, daha sonra Füzuli rayonu N-saylı Tibb Taborunda, Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibbi Baş İdarəsinin Hospitalında və müxtəlif özəl tibb müəssisələrində neyrocərrah kimi fəaliyyət göstərib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »