Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənilər Ağdam və Ağcabədidə yaşayış məntəqələrini və qəbiristanlığı atəşə tutub
Ermənilər Ağdam və Ağcabədidə yaşayış məntəqələrini və qəbiristanlığı atəşə tutub

Ermənistan silahlı qüvvələri Ağcabədi və Ağdam rayonlarının yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutur.

Ağcabədinin İmamqulubəyli kənd icra nümayəndəsi Hamlet Ağayevin verdiyi xəbərə görə, kəndə düşən mərmilər 2 fərdi evdə dağıntılara səbəb olub. Sakinlər arasında xəsarət alan olmasa da, maddi ziyan dəyib. Kənd məzarlığına düşən top mərmiləri məzarüstü qəbir daşlarını dağılıb. Eyni zamanda yerli sakinlərə məxsus mal-qara tələf olub.

Ermənilər səhər saat 00:05 radələrindən başlayaraq Ağdamın yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutur. Yerli sakinlərin verdiyi xəbərə görə, mərmilərdən bir neçəsi rayonun Xındırıstan kəndində yaşayış evlərinə və Mexaniki Suvarma Sistemləri İdarəsinə düşüb. Sakinlər arasında xəsarət alan olmasa da, yerli sakinlərə maddi ziyan dəyib.(apa)

Son xəbərlər
Bütün xəbərlər »