Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp seçkidən bir neçə gün əvvəl Baydenlə aradakı fərqi azaldıb
Tramp seçkidən bir neçə gün əvvəl Baydenlə aradakı fərqi azaldıb

ABŞ prezidenti Donald Tramp prezident seçkisindəki rəqibi Co Baydenlə arasındakı fərqi iki faiz bəndi azaldıb.

“Report” xəbər verir ki, bu barədə “Fox News” sorğu məlumatlarına istinadən bildirib.

Sorğu oktyabrın 27-dən 29-dək olan müddətdə keçirilib.

Nəticələrə əsasən, respondentlərin 44%-i Trampı, 52%-i isə Baydeni dəstəkləyib.

Respondentlərin 2%-i başqa namizədi dəstəkləyib, digər 2% isə cavab verməkdə çətinlik çəkib.

Qeyd edək ki, ABŞ-da prezident seçkisi noyabrın 3-də keçiriləcək.

Son xəbərlər
Bütün xəbərlər »