Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov İzmirdəki zəlzələ ilə bağlı Mövlud Çavuşoğluna zəng edib
Ceyhun Bayramov İzmirdəki zəlzələ ilə bağlı Mövlud Çavuşoğluna zəng edib

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğluna zəng edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Ceyhun Bayramov “Facebook” səhifəsində yazıb.

“Qardaşım Mövlud Çavuşoğlu ilə telefon danışığında İzmir zəlzələsi nəticəsində həyatını itirənlərin ailə və yaxınlarına dərin hüznlə başsağlığı bildirdim, yaralılara Allahdan şəfa dilədim. Həmrəyliyimiz, dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!”, - deyə XİN rəhbəri qeyd edib.

Son xəbərlər
Bütün xəbərlər »