Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin : "Gecələr ağrıdan çığırırdı"
Rusiya prezidenti Vladimir Putin atasının xərçəng xəstəsi olduğunu, lakin bu xəstəlikdən vəfat etmədiyini bildirib.

Bu gün Rusiya prezidenti ənənəvi birbaşa xəttə çıxıb. Burada Rusiyanın Apaptitı şəhərindən olan Darya Starikova ona dördüncü mərhələdə xərçəng dianozu qoyulduğunu, daha əvvəl osteoxondrozdan müalicə olunduğunu deyib. Starikovanın sözlərinə görə, səhv diaqnoz vaxt itkisinə səbəb olub, xərçəng isə inkişaf edib. Starikova öz şəhərində bu sahə üzrə mütəxəssis çatışmazlığından şikayət edib. "Mən bir qayda olaraq öz şəxsi həyatım barədə danışmıram, lakin sənə baxaraq bunu deməyə bilmərəm: eyni şey atamın da başına gəlmişdi. Onu belindəki ağrılardan müalicə edirdilər. Anam dedi ki, atam gecə ağrıdan çığırır. Yalnız bundan sonra onu başqa xəstəxanaya keçirdim" — Putin bildirib. "Onun xəstəliyi elə səninki kimi idi. Hətta bu mərhələdə effektiv vasitə tapıldı. Bu çoxdan olub. O, heç də həmin xəstəlikdən vəfat etmədi. Ona görə xahiş edirəm, ümidini itirmə. Mən də öz tərəfimdən buna diqqət ayıracağam və sənə şəxsən kömək etmək məsələsini diqqətdə saxlayacağam" — deyə prezident bildirib.

Paylaş »
››› “Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
››› “Azərbaycanın məxfi birlikləri bizim zabitlərin səsi ilə əmrlər verirdilər” - Ermənistan eksperti
››› Paşinyanın Ərdoğanla görüşmək istəyi baş tutacaqmı: Türkiyənin əsas şərti nədir...
››› Əfqanıstanda özbək dilinin rəsmi statusu ləğv edilib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
››› Nuran Abdullayev yeni vəzifəyə seçilib
Son xəbərlər
Bütün xəbərlər »