Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tovuz və Ağcabədi rayonlarında ev yanıb
Tovuz və Ağcabədi rayonlarında ev yanıb

Azərbaycanın iki rayonunda evdə yanğın olub.

Bizimyol.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Tovuz rayonunun Alakol kəndində ümumi sahəsi 124 m² olan birmərtəbəli evin yanar konstruksiyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Daha bir yanğın hadisəsi isə Ağcabədi rayonunda olub.

Belə ki, rayonun Boyat kəndində isə ümumi sahəsi 168 m² olan evin mətbəxinin yanar konstruksiyaları 20 m² sahədə və dam örtüyü 5 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Son xəbərlər
Bütün xəbərlər »