Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanda parlament seçkiləri keçirilir
Gürcüstanda parlament seçkiləri keçirilir

Gürcüstanda X çağırış parlamentinə seçkilər keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, ölkə üzrə 3 657 seçki məntəqəsi yerli vaxtla saat 08:00-da açılıb.

Xaricdə 38 ölkədə 52 seçki məntəqəsi fəaliyyət göstərəcək.

Seçkilər ilk dəfə olaraq qarışıq sistem üzrə keçirilir. 150 deputatın 120-si proporsional, 30-u isə majoritar sistem üzrə seçiləcək. Qanunverici orqanda yer uğrunda 48 siyasi partiya və 2 blok olmaqla 50 seçki subyekti mübarizə aparır.

Vahid seçici siyahısında 3 526 023 seçici var ki, onların da 14 170-i xaricdədir.

Səsvermə prosesini müşahidə etmək üçün 132 yerli, 23 beynəlxalq təşkilat və 20 səfirlik qeydiyyata alınıb. Seçkiləri 118 yerli və xarici mətbuat orqanlarının 5 971 nümayəndəsi işıqlandırır.

Son xəbərlər
Bütün xəbərlər »