Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İzmirdə zəlzələ zamanı həlak olanların sayı 24-ə çatıb, 804 nəfər xəsarət alıb
İzmirdə zəlzələ zamanı həlak olanların sayı 24-ə çatıb, 804 nəfər xəsarət alıb

Türkiyənin İzmir vilayətində 6,6 ballıq zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Bizimyol.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Məlumata görə, zəlzələ nəticəsində həlak olanların sayı 24 nəfərə yüksəlib. Təbii hadisə zamanı həmçinin 804 nəfər xəsarət alıb.

Xatırladaq ki, dünən Seferihisar rayonunun sahilində 6,6 bal gücündə zəlzələ olub. Yeraltı təkanların ocağı 16,54 km dərinlikdə olub.

Son xəbərlər
Bütün xəbərlər »