Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanda daxili qarşıdurma başladı: “Onlar türklərin “Bayraktar”ından təhlükəlidir”
Ermənistan

“Daxili "bayraktarlar" türklərin “bayraktar”larından daha təhlükəlidir”.

Yenisabah.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin Müdafiə və təhlükəsizlik üzrə komissiyasının sədri, hakim “Mənim addımım” fraksiyasının təmsilçisi Andronik Köçəryan keçmiş Baş nazir Vazgen Manukyanın açıqlamasını şərh edərkən deyib.

O əlavə edib ki, Manukyanın müraciəti oktyabrın 27-də edilməsi daha təhlükəlidir. 1999-cu ilin bu günündə Ermənistan parlamentində terror aktı baş verib.

Köçəryan qeyd edib ki, xalq tərəfindən qəbul olunmayan qüvvələr bunu həzm edə bilmirlər.

Ermənistanın keçmiş Baş naziri Vazgen Manukyan oktyabrın 27-də hökuməti istefaya getməyə və hakimiyyəti orduya təhvil verməyə çağırıb. “İindiki dövr tarixin biabırçı və dağıdıcı səhifələrindən biridir. Yalnız Qarabağ deyil, xalqın gələcəyi olan Ermənistan da təhlükə altındadır ”, - deyə keçmiş Baş nazirin müraciətində qeyd edilirdi.

Ermənistan Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahı da Manukyanın müraciətinə reaksiya verib. Adıçəkilən qurumlar müraciəti “bəzi siyasi dairələrin siyasi rəhbərlik və Silahlı Qüvvələr arasında nifaq salmaq cəhdi" kimi qiymərləndirərək qınayıblar.

Qarabağ müharibəsi Ermənistanın yalnız hərbi cəhətdən deyil, iqtisadi cəhətdən də sarsılmasına səbəb olub. Bu isə ölkədə siyasi təaltümləri qaçılmaz edir. Manukyanın müraciəti və hakim komanda tərəfindən ona verilən sərt reaksiyalar böhranın başlanğıcı hesab edilə bilər.

Paylaş »
››› Hərbçilərimiz Ağdamda Səxavət Məmmmədovun qəbrini tapdılar - Video
››› Zatulin ermənilərə Qarabağın statusunu unutmağı tövsiyə etdi
››› "Şuşaya kanatla qalxdıq, 40-a yaxın ermənini bıçaqla vurmuşam"
››› Ermənistan prezidentindən etiraf: “Bizim ölkənin və xalqın beynəlxalq obrazı yaxşı deyil”
››› İgid əsgər: Atışma başlayanda yaralı dostumun üstünə yıxıldım ki, ölməsin - Foto
Son xəbərlər
Bütün xəbərlər »